Məhkəmə qərarları › İş №3(015)-711/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-711/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-711/2025 20.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-558/2020 nömrəli icra sənədinə əsasən Şəxs 9750 manat məbləğində maddi ziyan və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-324/2015 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə ödənilməlidir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, həmin borclardan xəbərdardır. Aliment borcunu bu günə kimi ödəmiş cəmi 400 manat aliment borcu qalmışdır. "xxxx" MMC-yə olan borcundan da məlumatlıdır, lakin bir müddət işsiz qaldığı üçün ödənişlər etməmişdir. Hazırda işləyir, aylıq maaş alır və borclarını ödəyəcəyinə söz verir. Himayəsində yaşlı atası və xəstə qardaşı vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərdi ki, Şəxs xəbərdarlıqlar edilməsinə baxmayaraq tələbkarlara olan borcunu ödəməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Tələbkarlar məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə Şəxs maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməməsinə münasibətdə qeyd edir ki, məhkəmə qətnamələrinə əsasən tutulmalı olan uşağın saxlanması üçün 80 manat aliment borcundan yaranmış ümumi borc 400 manat təşkil edir, "xxxx" MMC-yə ödənilməli olduğu borc isə 9750 manat təşkil edir. Şəxs aliment borcundan ödənişlər etsə də digər icra sənədi üzrə borcundan bu günədək heç bir ödəniş olmamışdır. Həmin hal isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra müddətinin lüzumsuz şəkildə uzadılması və Şəxs inzibati məsuliyyətdən yayınması kimi başa düşülməlidir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən Şəxs səmimi peşmanlığını və himayəsində yaşlı valideyni və xəstə qardaşının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almaqla, hesab edir ki, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(015)-558/2020 nömrəli icra sənədinə əsasən Şəxs 9750 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilmədir. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-324/2015 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində alimentin tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Şəxs 9750 manat və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi və hər ay bir uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində alimentin tələbkar X2 xeyrinə tutulması icra sənədlərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 30.2, 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar