Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-735/2023 08.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa rayonu Kolxəlfəli kəndində yerləşən “Yaşıl göl” adlı obyektlə bağlı Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yayımlaması faktı müəyyən edilmişdir. Bununla əlaqədar X6 İdarəsi tərəfindən “Yaşıl göl” obyekti barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, 03 iyul 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edib göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs reklama dair icazə müddəti 01 iyul 2022-ci il tarixində bitmişdir. Müddət bitdikdən sonra o yenidən müraciət etməlidir. Sahibkar icazə sənədi uzatmamış, müqavilə bağlamamışdır. Sahibkarla müqavilə olmasına baxmayaraq ondan müqavilə üzrə ödənişi tələb edə bilmirlər, onunla müqaviləni yeniləmək üçün sahibkar dövlət rüsumu ödəməlidir, həmin dövlət rüsumu ödənilmədiyindən, yeni müqavilə aktiv olunmur. Sahibkar dövlət rüsumu ödəmədiyindən, Agentlik onunla elektron onun müqavilə üzrə ödənişinə qaimə vura bilmir. Sahibkarla poçt vasitəsi ilə əlaqələri olmuş, telefonla da məlumat vermişlər. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (İnzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, qanunvercilikdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət tədbirləri, yəni İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs məxsus Ağstafa rayonunun Kolxəlfəli kəndində yerləşən “Yaşıl göl” adlı kafesi vardır. O, həmin kafenin adını əks etdirən lövhəni yolun kənarına açıq məkanda yerləşdirmiş və bunun üçün Reklam Agentliyindən icazə almışdır. Həmin icazə əsasında isə müvafiq dövlət rüsumunu da ödəmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 Şəxs reklama dair icazə almasını qeyd etmişdir. Hazırki vəziyyətdə isə Şəxs hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur və onun hər hansı bir hərəkət və ya hərəkətsizliyi inzibati məsuliyyət yarada bilməz. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmasığından Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş 03 iyul 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 428.7.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş 03 iyul 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-735/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-735/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver