Məhkəmə qərarları › İş №3(015)-745/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-745/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-745/2023 08.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa şəhəri H.Əliyev prospekti ünvanında yerləşən "xxxx" Group MMC-nə məxsus elektronika mağazasında keçirilən plandan kənar yanğın texniki müayinə zamanı aidiyyatı üzrə sənədlər təqdim edilməmiş və şərait yaradılmamışdır. Buna görə də X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 etiraz ərizəsini təqdim edib bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin tərtib etdiyi protokol əsassızdır. Belə ki, həmin İdarənin əməkdaşlarına binaya baxış keçirilməsinə hər hansı bir maneçilik törədilməmişdir. Eyni zamanda protokol düzgün tərtib olunmamış və "xxxx" Group MMC-nin hüquqi ünvanı tam göstərilməmişdir. Eyni zamanda tərtib olunmuş aktda da hüquqi ünvanı tam göstərilməmiş, həmin cəmiyyətin nümayəndəsinin və şahidlərin iştirakı təmin olunmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5 göstərdi ki, 2023-cü ilin mart ayında Ağstafa şəhərində yerləşən "xxxx" MMC-nin məişət avadanlıqları mağazasında X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən planlı yanğın texniki müayinə keçirilmiş və mağaza müdiri X2 icraçı direktor Rüfət Salehovun əmri ilə mart ayında inzibati xəta haqqında 538.1-ci maddə ilə protokol yazılmışdır. Ödəniş təmin edilmədiyi üçün İcra və Probasiya şöbəsinə getmişdir. Mağaza müdirinin əmri onda olmuşdur. Mağazada olduqları müddətdə dəfələrlə rəhbərliklə əlaqə saxlanılmış, mağaza müdiri Nəcəflə əlaqə saxlanılmış, o məzuniyyətdə olduğunu bildirmişdir. Bundan sonra Rüfət Salehov ilə əlaqə saxlanılmış və mağaza müdirini əvəz edən şəxslə mağazaya baxış keçirilməsini bildirmişdir. Rüfət Salehov rəhbərlik ilə əlaqə saxlamış, ona bildirmişlər ki heç bir sənəd təqdim olunmayacaq. Bundan sonra mağazanın icraçı direktoru X1 barəsində İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana qaytarılmalıdır. Məlum olduğu kimi, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Lakin, "xxxx" Group MMC-nin barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda və digər sənədlərdə inzibati xətanın törədildiyi vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (yerləşdiyi yer, hüquqi ünvanı) məlumat və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3, 100.1.4 və 100.1.10-cu maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar