Məhkəmə qərarları › İş №3(015)-788/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-788/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-788/2025 11.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikasının DİN-in Baş X8i İdarəsi TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Səbail rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, 10 iyul 2025-ci il tarixdə DYP-dən əldə etdiyi İXP ******* saylı protokol əsasında yazılmış TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərara əsasən ünvan 1 ünvanında İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh vermə haqqında Qərarla 100 manat məbləğində cərimə olunmuşdur. Səbəb isə “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geri dönmə qaydalarının pozulması” qeyd edilmişdir. Qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, inzibati xətanın törədilməsinə sübut edəcək hər hansı görüntü yoxdur. Xətanı sübut edən görüntü yoxdursa qərar düzgün sayıla bilməz. İnzibati xətanı DYP-nin əməkdaşı heç bir əsas olmadan yazmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 iştirak edərək bildirdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP tərəfindən yazılmış cərimə ilə razılaşmır. Belə ki, polis əməkdaşlarının onun qoşa xəttin üzərindən keçdiyini bildirmişdir. Bununla bağlı polis əməkdaşlarından görüntü tələb etsə də, onlar inzibati xəta haqqında görüntüləri təqdim etməmişdir. Göstərilənləri əsasən TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında şikayət vermiş şəxsə və protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən, nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları), inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Göründüyü kimi, Bakı şəhəri X8 İdarəsi tərəfindən qərar qəbul olunarkən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1 və 135.1.1-ci maddələrinin tələbləri pozulmuş, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarının ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsasdır. İXM-nin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri X8 İdarəsi tərəfindən X3 barəsində qəbul olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Səbail rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən X4 barəsində qəbul olunmuş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar Azərbaycan Respublikasının DİN-in Baş X8i İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar