Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-797/2025 23.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “X15 LTD ŞTİ” MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 2(015)-865/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 918 manat “X10” ASC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-839/2023 nömrəli xx.xx.2023cü il tarixli icra sənədinə əsasən 482 manat "xxxx" MMC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-680/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 5959 manat X3, Ağstafa Rayon Məhkəməsinin 2(015)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 35195 manat X4, Ağstafa Rayon Məhkəməsinin 2(015)-549/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7090 manat X1, Ağstafa Rayon Məhkəməsinin 2(015)-767/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 184,9 manat "xxxx" QSC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-550/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X12, X13 adlı əkiz və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatana kimi iddiaçı X5 xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində olmaqla cəmi 1,845 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X7 müalicəsi və müayinə xərcləri üçün hər ay əlavə olaraq minimum əmək haqqının 0,25 misli həddində əlavə pul tutulub X5 xeyrinə ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, “X15 LTD ŞTİ” MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 1200 manat təşkil edir. Hazırki icra sənədləri isə yalnız alimentə aid hissədə borclunun əmək haqqından tutulur. Başqa yerdən gəliri olmadığına görə digər icra sənədlərini icra edə bilmir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 protokolu müdafiə edib göstərdi ki, Şəxs “X15 LTD ŞTİ” MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 1200 manat təşkil edir. Hazırki icra sənədləri isə yalnız alimentə aid hissədə borclunun əmək haqqından tutulur, digər icra sənədləri isə icra edilmir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Şəxs Ağstafa Rayon Məhkəməsinin 2(015)-865/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 918 manat “X10” ASC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-839/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 482 manat "xxxx" MMC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-680/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 5959 manat X3, Ağstafa Rayon Məhkəməsinin 2(015)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 35195 manat X4, Ağstafa Rayon Məhkəməsinin 2(015)-549/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7090 manat X1, Ağstafa Rayon Məhkəməsinin 2(015)-767/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 184,9 manat "xxxx" QSC-nin, Ağstafa Rayon Məhkəməsinin 2(015)-550/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X12, X13 adlı əkiz və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatana kimi iddiaçı X5 xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində olmaqla cəmi 1,845 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X7 müalicəsi və müayinə xərcləri üçün hər ay əlavə olaraq minimum əmək haqqının 0,25 misli həddində əlavə pul tutulub X5 xeyrinə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Şəxs icra sənədləri üzrə borcu yüksək məbləğdə təşkil edir. Şəxs “X15 LTD ŞTİ” MMC-də satış üzrə nümayəndə vəzifəsində işləyir və aylıq əmək haqqı 1200 manat təşkil edir. Hazırki icra sənədləri isə yalnız alimentə aid hissədə borclunun əmək haqqından tutulur. Başqa yerdən gəliri olmadığına görə digər icra sənədlərini icra edə bilmir. Lakin alimentə aid icra sənədi xx.xx.2025-ci il tarixli olmaqla, digər icra sənədləri ondan əvvəlki illərə təsadüf edir və aliment üzrə qətnamə qəbul edilənədək digər icra sənədləri üzrə də borcdan ödənişlər edilməmişdir. Göründüyü kimi, Şəxs alimentdən başqa digər icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən qərəzli olaraq icra etməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmanlığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almaqla, hesab edir ki, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2025-ci il tarixə, saat 12:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X9 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-797/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-797/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver