Məhkəmə qərarları › İş №3(015)-798/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-798/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-798/2025 07.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 xidməti 9 Saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Goranboy rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.1.2-ci maddəsi ilə 17 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 11 iyul 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən hissəsində su obyektinin özbaşına tutularaq LİUSONS 925 LC markalı evakuator vasitəsilə çay yatağından qumçınqıl təbəqəsinin çıxarılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtı̇ yatları Agentlı̇ yı̇ yanında Suların İstı̇ fadəsı̇ nə və Mühafı̇ zəsı̇ nə Dövlət Nəzarəti Xı̇ dməti 9 saylı X2 nümayəndəsi Nümayəndə protokolu müdafiə edib bildirdi ki, 11 iyul 2025-ci il tarixdə Ağstafa rayonu Poylu qəsəbəsində keçirilən nəzarət tədbirləri zamanı Poylu qəsəbəsində yerləşən Kür çayının özbaşına tutularaq qum-çınqıl təbəqəsinin çıxarılaraq daşınması faktı müəyyən edilmiş, həmin vətəndaş müəyyən edilmiş, fakt barədə akt tərtib edilmiş, ərazinin fotoşəkilləri çəkilmiş, vətəndaşın izahatı alınmış və həmin vətəndaşın barəsində İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə protokol tərtib edilərək Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də, vəzifəli şəxsin barəsində inzibati tənbeh tətbiqinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, K.Hacıyevə məxsus ekskavatorla Kür çayı yatağında işləyərkən sulara nəzarət idarəsi tərəfindən saxlanılmışdır. İş materiallarında olan 17 iyul 2025-ci il tarixli, 001802 saylı aktdan görünür ki, 9 saylı X2 xx.xx.2025-ci il tarixli, 0003 nömrəli Sərəncamına əsasən, xidməti ərazi üzrə Azərbaycan Respublikasının Su Məcəlləsinin və Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Ağstafa rayonu Poylu qəsəbəsi ərazisdində Kür çayının akvatoriyasının (koordinat 41.2348376, 45.4261893) özbaşına tutularaq qum-çınqıl təbəqəsinin çıxarılaraq daşınması faktına rast gəlinmişdir. Əraziyə keçirilmiş baxış zamanı LİUSONS 925 LC markalı üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan ekskavator vasitəsilə Kür çayının akvatoriyasından qum-çınqıl təbəqəsinin çıxarılaraq Kamaz markalı **-BD-***, **-BJ-***, **-BS-***, **-BE-*** və **-BH- *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillərinə yüklənərək daşındığı müşahidə edilmişdir. Həmin texnikanın sürücüsünün Ağstafa rayonu, Poylu qəsəbəsi ünvanında yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Şəxs məsələ ilə bağlı verdiyi yazılı izahatda Hacıyev Kamil adlı şəxsə məxsus texnika ilə çay yatağında işlədiyini bildirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 62-ci maddəsinin tələbləri pozulmuşdur. Akta ərazidən çəkilmiş fotoşəkillər, izahat və peyk görüntüsü əlavə olunmuşdur. İnzibati xəta haqqında 17 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 11 iyul 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən hissəsində su obyektinin özbaşına tutularaq LİUSONS 925 LC markalı evakuator vasitəsilə çay yatağından qum-çınqıl təbəqəsinin çıxarılması faktı müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş materiallar ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 62-ci maddəsinə əsasən su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Yerin Təki haqqında Qanunun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. Yerin təkindən istifadə çoxyönümlü (çoxprofilli) olduqda, hüquqi, yaxud fiziki şəxslər bir neçə icazəyə malik ola bilərlər. Elmi-tədqiqat işləri və dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, ətraf mühitin monitorinqinin yaradılması və aparılması, yeraltı suların rejiminə və balansına nəzarət edilməsi, arxeoloji tədqiqatların aparılması və yer təkinin bütövlüyünü pozmayan başqa işlər üçün icazə tələb olunmur. Yer təkinin öyrənilməsinə yönəlmiş işlər geoloji fondda dövlət qeydiyyatına alınır. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” təsdiq edilmişdir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi barədə qayda 22-ə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparıla bilməz. Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsinə görə su obyektlərinin özbaşına tutulmasına görə, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, özbaşına çay yatağından qum-çınqıl təbəqəsinin çıxarılaraq daşınmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi, qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, çay yatağından qumçınqıl çıxarmaq üçün heç bir icazə, lisenziya və ya müvafiq sənəd əldə etməmişdir. Çay yatağından daş, qum və çınqıl kimi təbii sərvətlərin çıxarılması yalnız müvafiq icazə əsasında aparıla bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törədilməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.1.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48, 114, 128-130-cu və 262.1.2ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 ( beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar