Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-799/2025 07.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 457-ci km-də idarə etdiyi “Mercedes-Benz Axor” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qazax rayon istiqamətində hərəkət etdirən zaman avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi İSUZU NPR 75 KDA markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxa hissədən vurmuş zərbənin təsirindən İsuzu NPR markalı avtomobil sol yan üstə aşmış yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, CARGO.AZ MMC şirkətində sürücü işləyir və həmin şirkətə məxsus “Mercedes-Benz Axor” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. Avtomobil idarə etmək üçün BCED kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərindən qeyd etdiyi avtomobilin yük yerinə yığmış olduğu gübrə kisələrini Ağstafa şəhərinə aparmaq üçün qeyd etdiyi avtomobilin İSUZU NPR 75 KDA markalı sükanı arxasına keçib Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq üzü Qazax rayonu istiqamətində hərəkətə başlamış, saat təxminən 12 radələrində həmin yolun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən hissəsinə çatanda qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan İSUZU NPR 75 KDA markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolu sağ kənarındakı yolayrıcına daxil olmaq üçün tormoz verib sağ dönmə işıq siqnalını yandıranda, həmin avtomobil ilə toqquşmamaq üçün sol zolağa daxil olmaq istəmiş, lakin həmin vaxt arxadan sol zolaqla yük avtomobil hərəkət etdiyindən sol zolağa daxil ola bilməmiş, nəticədə tormoz versə də idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə İSUZU NPR 75 KDA markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin arxa hissəsi sağ zolağın üzərində toqquşmuş və zərbənin təsirindən İSUZU NPR 75 KDA markalı yük avtomobilin sürücüsü sərxoşluq müayinəsindən keçirib, izahatlarını almış və barəsində İXM-nin 327.1-ci yəni ara məsafəsi maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin vaxt İSUZU NPR 75 KDA markalı avtomobilin sürücüsü xəsarət almadığını bildirmişdir. Lakin təxminən iki gün sonra izahat verməyə çağırılanda İSUZU NPR 75 KDA markalı avtomobilin sürücüsünün hadisədən sonra xəstəxanaya müraciət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs X6 və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 9-cu tağımının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İş materiallarında olan alkoqolun qəbulu faktı və sərxoşluğun müayinə edilməsi haqqında qəbzlərdən görünür ki, Şəxs avtomobili idarə edən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsinin 08 may 2025-ci il tarixli, 334 nömrəli ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər-sol İV qabırğanın yerini dəyişməyən sınığı, bazunun aşağı üçdə birinin arxa səthinin qançırı, sol dirsək oynağının və sol əlin arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 03 may 2025-ci il tarixə uyğun gəlir. Ağrılıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X5 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib olunmuş 14 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində baş vermişdir. Həmin gün Şəxs xx.xx.2025-ci il tarixində saat 12:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Ağstafa rayonunun Qırılı kəndi ərazisindən keçən 457-ci km-də idarə etdiyi “Mercedes-Benz Axor” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili Qazax rayon istiqamətdə hərəkət etdirən zaman avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi İSUZU NPR 75 KDA markalı **- AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxa hissədən zərbə vurmuşdur. Nəticədə Həmin vaxt İSUZU NPR 75 KDA markalı avtomobilin sürücüsü xəsarət almadığını bildirmişdir. Lakin daha sonra izahat verməyə çağrılanda İSUZU NPR 75 KDA markalı avtomobilin sürücüsünün hadisədən sonra xəstəxanaya müraciət etmişdir. Hər iki avtomobili idarə edən şəxslərin əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirdiyindən barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün materialların Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidmətinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə qeyd olunanları törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati qaydada cərimə növündə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 327.8-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-799/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-799/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver