Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-800/2025 08.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, X1 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28396971 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28396971 saylı inzibati tənbeh vermə haqqında elektron qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə istifadəsində və mülkiyyətində olan **-NE-*** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” markalı avtomobilə EQ2839671 saylı elektron qərar ilə İXM-nin 346.4-cü (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) cərimə tətbiq olunmuşdur. Həmin qərar foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməklə elektron qaydada həyata keçirilmişdir. Aşkar olduğu deyilən qayda pozuntusu çəkilən şəkillərdə öz əksini tapmamışdır. Belə ki, 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətləri nə şəkildə, nə də həqiqətdə həmin ərazidə yoxdur. (Hadisə Ağstafa rayonunun “Ağstafa market” adlanan ərazinin önündə qeydə alınmışdır). Həmin ərazinin genişliyi və yolun hərəkət hissəsinin harada olduğu rayonda hər kəsə məlumdur. İXM-nin 122.1ci maddəsində inzibati xəta foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texnikii vasitələrin köməyi ilə aşkar ediləbiləcək qayda pozuntularının və həmin vasitənin köməyi ilə cərimə tətbiq oluna biləcək maddələrin siyahısı (327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3) göstərilmişdir. Ağstafa rayonunda quraşdırılmış təhlükəsizlik kameraları inzibati xətanı aşkar edən xüsusi texniki vasitə kimi qəbul edilə bilməz. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.. Həmin Məcəllənin 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Belə ki, Ağstafa rayon polis şöbəsindən daxil olmuş foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrindən çıxarılmış məlumatlardan görünür ki, şikayət vermiş şəxs X3 idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” markalı avtomobilə İXM-nin 346.4-cü maddəsinin (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) tələblərini pozulmuşdur. İnzibati xəta hadisəsinin törədilməsi ilə bağlı fotoşəkil də inzibati xəta haqqında elektron materiala əlavə olunmuşdur. Qeyd edilən elektron materialda inzibati xətanın növü, xətanın yeri, tarixi, saatı, avtomobilin markası, qeydiyyat nömrəsi və inzibati xətanı qeydə alan kameranın nömrəsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, EQ28396971 saylı inzibati xəta haqqında elektron qərar tam qanuni və əsaslı olmuş, X3 tərəfindən İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin qərar qəbul olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28396971 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28396971 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-800/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-800/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver