Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-850/2025 31.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa RPŞ-nın polis nəfəri X1, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1975-cı ildə Ağstafa rayonu A.Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Ağstafa rayonu A.Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini X4 Azərbaycan Respublikası DİNnin 102 xidmətinə atasının evdə münaqişə yaratması ilə etmiş olduğu müraciəti ilə əlaqəli əməliyyat-istintaq qrupunun üzvləri qeyd olunan ünvanda olaraq xx.xx.1975-ci il təvəllüdlü Ağstafa rayonu, Aşağı Kəsəmən kənd sakini Şəxs səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizam-intizama dəvət etsə də onlara qarşı əl-qol hərəkətləri edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Aşağı Kəsəmən kənd sakinidir. Rəsmi olaraq heç bir yerdə işləmir, o, spirtli içki qəbul etdiyi üçün heç bir şey xatırlamadığını bildirdi. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X5 bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həyat yoldaşıdır. O, ailədaxili zorakılıqlar edir. Belə ki, o, ailə üzvlərinə fiziki və mənəvi şiddət göstərir. Ağstafa RPŞ-nın polis nəfəri X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında tərtib olunan protokolu müdafiə edərək, inzibati tənbeh verilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis Şöbəsinin polis nəfəri X6 ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə Ağstafa rayonu, Aşağı Kəsəmən kəndinə getmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailə üzvləri evdən qovmuş və polisin tələblərinə riayət etməmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Ağstafa rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Ağstafa rayonu Aşağı Kəsəmən kəndində səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, onlara qarşı əl-qol hərəkətləri edərək onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətini davam etdirdi. Lakin onu saxlayaraq Ağstafa RPŞ-ya təhvil vermişlər. yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verərək xırda xuliqanlıq, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizamintizama dəvət etsə də onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs iş materiallarında məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 00:47-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, onun həbsdə saxlanma müddəti həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə, İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:47-dən hesablansın.Şəxs həmin müddətdə Ağstafa rayon X7 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-850/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-850/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver