Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-858/2023 18.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi X2 (VÖEN:**********-36001) fəaliyyət göstərdiyi ünvan 1i ünvanında yerləşən “Fuad” şadlıq sarayında “Operativ vergi nəzarəti keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5902 nömrəli qərara əsasən xx.xx.2023-cü il tarixdə Operativ vergi nəzarəti tədbiri keçirilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X5 və protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, X1 Zaur Yusif oğlu məhkəmə iclasına gələrək atasının nümayəndəsi olmasını, 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarının tərəfindən onlara məxsus ünvan 1i ünvanında yerləşən “Fuad” şadlıq sarayında yoxlama aparan zaman orada çalışan 8 nəfər ofisiantlarla bağlanmış əmək müqaviləsinin tələb edilməsini, həmin ofisiantların şadlıq sarayının işçiləri olmamasını, onlarla əmək müqaviləsinin bağlanmamasını, şadlıq sarayını toy sahibinə bir günlük icarəyə verməsini, ofisiantların da toy sahibi gətirməsini vergi əməkdaşlarına bildirməsinə baxmayaraq barələrində protokol tərtib edilməsini, eyni zamanda xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə ona Azərbaycan Respublikası İXM-nin 63-cü maddəsinin tələblərini izah edərək verilmiş şikayət üzrə atasının nümayəndəsi kimi iştirakının qanunazidd olmasını bildirmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasına əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İşçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür. Əmək müqaviləsi (kontraktı) isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********5902 saylı qərar qəbul olunaraq xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yerləşən “Fuad” şadlıq evində operativ vergi nəzarətinin həyata keçirilməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə qeyd edilən ərazidə 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları vergi yoxlaması aparmışlar. Həmin tarixdə orada Yusif Bayramovun özü iştirak etməsə də onun oğlu X7 iştirak edərək lazım olan sənədləri təqdim etmiş, eyni zamanda ondan orada çalışan 8 nəfər ofisiantlarla bağlanmış əmək müqaviləsinin tələb edilməsini, həmin ofisiantların şadlıq sarayının işçiləri olmamasını, onlarla əmək müqaviləsinin bağlanmamasını, şadlıq sarayını toy sahibinə bir günlük icarəyə verməsini, ofisiantların da toy sahibi gətirməsini vergi əməkdaşlarına bildirməsinə baxmayaraq, həmin ofisiantlarla bağlanmış əmək müqaviləsinin təqdim edilməməsinə görə Yusif Bayramovun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən Yusif Bayramovdan mövcud olmayan sənədləri, yəni şadlıq sarayında çalışan 8 nəfər işçi (ofisiant) ilə bağlanmış əmək müqaviləsinin təqdim edilməməsinə görə hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, həmin işçilər ilə Yusif Bayramov arasında hər hansı bir əmək münasibətlərinin yaradılması, onların arasında əmək müqaviləsi (kontraktı) olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, vergi orqanı tərəfindən yoxlama aparılan zaman Yusif Bayramovun özü iştirak etməsə də onun oğlu X7 iştirak edərək mövcud olan bütün sənədləri təqdim etmişdir. Həmin sənədlər əsasında isə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********3345 saylı qərar qəbul olunaraq X4 Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 16000 manat məbləğində cərimə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunan hallardan görünür ki, X4 məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yerləşən “Fuad” şadlıq evində aid bütün sənədlər 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarına xx.xx.2023-cü il tarixdə müvafiq sənədlər təqdim edilməsinə baxmayaraq, vergi orqanı mövcud olmayan sənədlərin təqdim edilməməsinə görə Yusif Bayramovun barəsində İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mövcud olmayan sənədlərin təqdim edilməməsinə görə isə hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir, eyni zamanda hər hansı şəxsin hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, X6 İXM-nin 602.4-cü maddəsi ilə.inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X2 hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmasığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 17 iyul 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən X3 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 53, 105, 114.1.1, 115, 117, 118 və 602.4-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 17 iyul 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən X3 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və X6 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-858/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-858/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver