Məhkəmə qərarları › İş №3(015)-863/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-863/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-863/2024 23.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağstafa rayonunun Saloğlu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 23 aprel 2024-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 510-cu maddəsi ilə MN1700878 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində saat 20:10 radələrində Ağstafa şəhəri Heydər Əliyev prospektində küçədə ucadan ünvansız nəlayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş “xırda xuliqanlıq” xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, törətdiyi əmələ görə peşimandır. O, xx.xx.2024-cü il tarixində, saat 20:10 radələrində Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən Avtovağzal ərazisində hərəkət edərkən işə düzəlməklə bağlı onu işləməyə dəvət edən şəxslə problem yarandığından həmin şəxslə telefonla danışıb mübahisə edərkən ucadan nəlayiq ifadələr işlətmiş və telefonu söndürdükdən sonra da yenə nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu şöbəyə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Ağstafa rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin (CAB) əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:10 radələrində Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Elşad Kərimovla birlikdə Ağstafa şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən Avtovağzalın ərazisində 1 nəfər şəxsin küçədə səs-küy salaraq hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, onunla izahedici söhbətlər apararaq səs-küy salmamasını bildirdikdə, o, ucadan ünvansız nalayiq ifadələr işlədərək oradan uzaqlaşmağa çalışmışdır. Həmin şəxsi intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirdiyi üçün onu həmin tarixdə, saat təxminən 20:21 radələrində Ağstafa RPŞ-nə gətirmişlər. RPŞ-də olarkən onlara məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında 23 aprel 2024-cü il tarixli, MN1700878 saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 510-cu maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 07 (yeddi) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il inzibati qaydada tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:40-da tutulmuşdur. İXM-nin 30.3 və 89.4-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin X1 saxlanılmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 21 aprel 2024-cü il tarixi, saat 20:40-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis Şöbəsinin X1 saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Ağstafa rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar