Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-897/2023 15.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa şəhəri M.Allahverdiyev küçəsi ev 16, m. 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə Ağstafa rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 157-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixində, saat 16:30-da Ağstafa şəhərində X2 və X4 döymüş və fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 268 və 270 nömrəli ekspertiza rəylərinə əsasən X1 və X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəniində müəyyən edilmiş xəsarətlər xx.xx.2023-cü il tarixdə əllə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmaysn xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir, belə ki o, X2 və X4 döyməmişdir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən, zərər çəkmiş şəxs – X5 izahatında bildirdi ki, Elgün onun əridir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Elgün Ağstafa şəhərində yerləşən “Nəsiboğlu” otelin arxa tərəfində küçədə onu və qızını döymüşdür. Zərər çəkmiş şəxs X6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İnzibati icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq olunmuş X3 izahatından görünür ki, Elgün onun atasıdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Elgün Ağstafa şəhərində yerləşən “Nəsiboğlu” otelin arxa tərəfində küçədə anasını və onu döymüşdür. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatlarını və inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan “döymə” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 15 avqust 2023-cü il tarixi, saat 19:15-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-897/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-897/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver