Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-901/2023 21.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1971-ci ildə Qazax rayonunun Yenigün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olur, Ağstafa rayonunun Yenigün kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1 və 529.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(015)-2319/2017 saylı icra sənədinə əsasən Şəxs 13 oktyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü Leyla, xx.xx.2001-ci il təvəllüdlü Etibar və xx.xx.2003-cü il təvəllüdlü Bəkir adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, üç uşağa görə 300 manat sabit pul məbləğində alimentin X1 ödənilməli, bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinin 27 yanvar 2017-ci il tarixli, AZA 007680 saylı qərarı ilə İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs aliment borcunu və ona təyin olunmuş cəriməni qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 528.1 və 529.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, işsiz və xəstə olduğundan aliment borcunu və ona təyin olunmuş cəriməni ödəyə bilməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi, həmçinin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə, yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 529-cu maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs işə baxılana qədər mülki iş üzrə yaranmış borcunu və ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinin 27 yanvar 2017-ci il tarixli, AZA 007680 saylı qərarı ilə təyin olunmuş cərimənin tam ödənilib qurtarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən pnun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1 və 529.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən 528.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalı, İXM-nin 34.3-cü maddəsinə əsasən ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada ictimai işlər tənbehi tətbiq olunmalı, ictimai işlər tənbehinin çəkilməsinin əvvəli qərarın faktiki olaraq icraya yönəldiyi vaxtdan hesablanmalı, onun üzərinə İXM-nin 28.3-1-ci maddəsinə əsasən ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdırdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 528 və 529-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə, İXM-nin 529.1ci maddəsi ilə təqsirli bilinərək bir gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq bir gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh edilsin. Şəxs ictimai işlər cəzasını yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin və cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq cəzanı çəkməyə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(015)-901/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-901/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver