Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-906/2025 12.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1955-ci ildə Qazax rayonu Dağ Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-760/2024 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs özünə məxsus üzərinə “Tik-tok” sosial şəbəkəsində olan səhifəsində aşağıdakı məzmunda təkzib verilməsi öhdəliyi qoyulsun və həmin təkzib “Tik-tok” sosial şəbəkəsində yayımlanması, təkzibin mətni: “Hörmətli! Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə uyğun olmayan məlumatlara görə Sizdən üzr istəyirəm, xahiş edirəm məni bağışlayasınız.” Cavabdeh Şəxs mənəvi zərərə görə 300 (üç yüz) manat iddiaçı X3 xeyrinə tutulması və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-165/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs üzərinə özünə məxsus “Tik-tok” sosial şəbəkəsində olan səhifəsində aşağıdakı məzmunda təkzib verilməsi öhdəliyi qoyulsun və həmin təkzib “Tik-tok” sosial şəbəkəsində yayımlanması, təkzibin mətni: “Hörmətli! Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə uyğun olmayan məlumatlara görə Sizdən üzr istəyirəm, xahiş edirəm məni bağışlayasınız.” Cavabdeh Şəxs mənəvi zərərə görə 300 (üç yüz) manat iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbkar şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, kimsəsiz qadındır, heç kimlə yaşamamaq üçün özünə bir otaq tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almış, lakin onu torpaq sahəsinə buraxmamışlar. Narazılıq etdikdə isə bir il əmək haqqının 50%-ni təzminat kəsilmiş, qurtaran kimi onu mülki qaydada üzr istəmək üçün məhkəməyə vermişdir. Üzr istədə bilməmişdir. Bundan sonra iddiaçı onun barəsində dəlixanada yatmağı, yüngül həyat tərzi keçirməyi, buna görə polisə düşməyini bildirmişdir. O, orta məktəbi qırmızı diplomla bitirmişdir. O heç vaxt M.Alikdən üzr istəməyəcəyini bildirmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 ifadəsində göstərdi ki, Şəxs xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun tələblərinə riayət etməmişdir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xəbərdarlıq edilməsinə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmin hal isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra müddətinin lüzumsuz şəkildə uzadılması və Şəxs inzibati məsuliyyətdən yayınması kimi başa düşülməlidir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədləri, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən Şəxs səmimi peşmanlığını və qocalığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almaqla hesab edir ki, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsi tərəfindən verilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-760/2024 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs özünə məxsus üzərinə “Tik-tok” sosial şəbəkəsində olan səhifəsində aşağıdakı məzmunda təkzib verilməsi öhdəliyi qoyulsun və həmin təkzib “Tik-tok” sosial şəbəkəsində yayımlanması, təkzibin mətni: “Hörmətli! Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə uyğun olmayan məlumatlara görə Sizdən üzr istəyirəm, xahiş edirəm məni bağışlayasınız.” Cavabdeh Şəxs mənəvi zərərə görə 300 (üç yüz) manat iddiaçı X3 xeyrinə tutulması və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-165/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs üzərinə özünə məxsus “Tik-tok” sosial şəbəkəsində olan səhifəsində aşağıdakı məzmunda təkzib verilməsi öhdəliyi qoyulsun və həmin təkzib “Tik-tok” sosial şəbəkəsində yayımlanması, təkzibin mətni: “Hörmətli! Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə uyğun olmayan məlumatlara görə Sizdən üzr istəyirəm, xahiş edirəm məni bağışlayasınız.” Cavabdeh Şəxs mənəvi zərərə görə 300 (üç yüz) manat iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 30.2, 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-906/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-906/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver