Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-925/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağstafa şəhəri, N.Nərimanov küçəsi, ev 6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:58 radələrində Ağstafa şəhəri, H.Əliyev prospektində “Kamiloğlu inşaatın” qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polisə müqavimət göstərmişdir. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostları Mehman Mustafayev və Elmar Qaracayevlə birlikdə Ağstafa şəhərində yerləşən “Kamiloğlu inşaatın” qarşısında dostu Mehmana məxsus olan avtomobildə olarkən Post Patrul Xidmətinə məxsus xidməti avtomobilin sürücüsünün tanışları olmasını zənn edərək saxlatmışlar. Hadisə baş verməmişdən əvvəl o, dostları ilə birlikdə spirtli içki qəbul etmişdir. Bundan sonra polis əməkdaşları ilə aralarında anlaşılmazlıq baş vermiş, daha sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişlər. O, hadisə zamanı nalayiq ifadə işlətməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin polis serjantı X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 1 radələrində Ağstafa RPŞ-nin PPX-nin polis serjantı Hikmət İlyasovla xidmətdə olan zaman Ağstafa şəhərində yerləşən “Kamiloğlu inşaatın” qarşısında “Vaz 2106” markalı avtomobil onları hərəkətdə olan zaman saxlatmış, həmin zaman avtomobilin içərəsində 3 nəfər şəxsin olduğunu görmüşlər. Bundan sonra vətəndaşın köməyə olduğu üçün onları saxlatdığını zənn edərək xidmət yoldaşı ilə avtopatrul maşınından düşərək onlara yaxınlaşaraq, özlərini təqdim etmişlər. Sürücü maşının şüşəsini endirərək ona salam vermiş və onu tanıyıb tanımamasını bildirdikdə o da tanımadığını bildirmişdir. Həmin şəxslərdən kəskin spirt qoxusu gəldiyini hiss edərək sürücü Mehman Mustafayevə spirtli içki qəbul edib maşın idarə etmənin qadağan olduğunu bildirmiş və radiostansiya vasitəsilə DYP inspektorunu ora dəvət etmişlər. Bundan sonra sürücü Mehman Mustafayev və yanında oturan şəxs Elmar Qaracayev səs küy salaraq onlara müqavimət göstərmişlər. X3 adlı şəxs telefon vasitəsilə maşından çəkiliş aparmışdır. Onlar da məcbur olaraq həmin şəxsləri RPŞ-nə aparmışlar. Hadisə zamanı Şəxs maşından düşməmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması qanunvericiliklə inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2024cü il tarixdə dostları Mehman Mustafayev və Elmar Qaracayevlə birlikdə Ağstafa şəhərində yerləşən “Kamiloğlu İnşaatın” qarşısında Mehman Mustafayevə məxsus olan avtomobildə olarkən Post Patrul Xidmətinə məxsus xidməti avtomobili saxlatmışlar. PPX əməkdaşları həmin şəxslərin spirtli içki qəbul etməsini hiss edib YPX inspektoru çağırmış, bundan sonra avtomobildə olan Mehman Mustafayev və Elmar Qaracayev səs küy salaraq polisə müqavimət göstərmiş, hadisə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvansız nalayiq ifadə işlətməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Xırda xuliqanlıq və tabe olmamaq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-925/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-925/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver