Məhkəmə qərarları › İş №3(015)-927/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-927/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-927/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsindən (RPŞ) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, ərazidə ictimai asayişi mühafizə edən Ağstafa rayon Polis şöbəsinin Post-patrul Xidmətinin (PPX) polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, axşam saat 00:58 radələrində Ağstafa rayonunda yerləşən “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Onlar xidməti avtomobillərini həmin avtomobilin yanında saxlayaraq özlərini təqdim edib sürücüdən avtomobili burada nə üçün saxladığını soruşduqda həmin şəxsdən kəskin spirtli içki qoxusu gəldiyi üçün qeyd olunan ünvana xidmətdə olan Ağstafa RPŞ-nin Dövlət yol polisi bölməsinin (DYPB) Yol-patrul xidmətinin (YPX) əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt avtomobili idarə edən şəxs və sərnişin qismində olan şəxslər üzərlərində olan mobil telefon vasitəsilə polis əməkdaşlarını çəkməyə başlamışlar. Onlara mobil telefon vasitəsilə çəkiliş aparılmamasını bildirilsə də həmin şəxslər öz hərəkətlərini davam etdirərək “hər şeyi qeydə alın” ifadəsini işlədərək səs-küy salıb ucadan nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra avtomobili qeyd olunan ünvana yaxınlaşan Ağstafa RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarına təhvil verərkən sürücü Şəxs və avtomobilin içərisində olan sərnişinlər ucadan nalayiq ifadələr işlədərək polisin xidməti fəaliyyətinə müdaxilə etdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün onları həmin tarixdə saat 01:20-də Ağstafa RPŞ-nə gətirmişlər. Buna görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək bildirdi ki, xx.xx.2024-cü il tarixində dostları Şahid4 və Şahid3 ilə birlikdə Ağstafa rayonu, H.Əliyev prospektində yerləşən “Kamiloğlu inşaatın” mağazasının qarşısında ona məxsus olan VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişlər, bu zaman onlar həmin avtomobilin əvvəllər tanıdıqları polis əməkdaşının idarə etdiyini düşünüb ərazidə xidmət aparan post-patrul polis xidməti əməkdaşlarının idarə etdiyi avtomobili görüb saxlatmışlar. Polislər onlara yaxınlaşıb özlərini təqdim edərək nə üçün burada dayandıqlaırını soruşmuşlar. Bu zaman onlardan spirtli içki qoxusu gəldiyi üçün polis əməkdaşları yol-patrul xidmətini çağırmışlar. Həmi vaxt bu hərəkətlərinə görə orada olan polislərə narazılığını bildirmişlər. Sonradan yol-patrul xidmətinin əməkdaşları həmin yerə gələrək onları rayon polis şöbəsinə aparmışlar. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis şöbəsinin Post- Patrul Xidməti Bölüyünün (PPXB) polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, həmin Bölüyün polis nəfəri Şahid1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri 4 nömrəli postda xidmətdə olarkən Ağstafa şəhəri, H.Əliyev prospektində “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında VAZ 2106 markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman onları saxlatmışdır. Həmin vaxt avtomobilin içərisində üç nəfər şəxsin olduğunu görmüşlər. Sükan arxasında olan şəxs heç bir səbəb olmadan özünü qeyri-səmimi apararaq onlarla söhbət etməyə başlamış, sürücünün yanında əyləşən şəxs isə mobil telefon ilə çəkiliş aparmışdır. Onlar avto patrul maşınından düşərək yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Həmin vaxt onlardan kəskin spirt qoxusu gəldiyini hiss edərək radiostansiya vasitəsilə ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Bu zaman həmin şəxslər narazılığını bildirirərək səs-küy salıb ucadan nalayiq ifadələr işlətmişlər, həmçinin orada olan polis əməkdaşlarının qanun tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis şöbəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şəxsun dediklərinə uyğun ifadə vermişlər. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağstafa şəhəri, H.Əliyev prospektində “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında polis əməkdaşları ilə mübahisə etmiş və polis əməkdaşları ona irad tutaraq onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O, da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Lakin hazırki vəziyyətdə Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Belə ki, tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında ictimai qaydanı pozaraq polis əməkdaşları ilə Ağstafa şəhəri, H.Əliyev prospektində “Kamiloğlu” inşaat materialları mağazasının qarşısında küçədə mübahisə etmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadəsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 128 №-li tibbi müayinə aktından görünür ki, Şəxs müayinə olunarkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, əlillik dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 04 (dörd) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:25-də tutulmuşdur. İXM-nin 30.3 və 89.4-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin X2 saxlanılmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 30.2, 53, 105, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:25-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis Şöbəsinin X2 saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar