Məhkəmə qərarları › İş №3(015)-929/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-929/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-929/2024 28.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, xx.xx.1978-ci ildə Ağstafa rayonu Dağkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində çıxarılmış Ağstafa Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(015)- 929/2024 saylı qərarının icrasına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 14 dekabr 2023-cü il tarixli, EQ 18517421 nömrəli inzibati xəta qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxsona təyin olunmuş cəriməni ödəmədiyindən, həmin cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Şəxs Şəxs cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağstafa Rayon Məhkəməsinin Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(015)- 929/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Şəxsvəsatətlə məhkəməyə müraciət edərək cərimə və hesablanmış dəbbə pulunu ödədiyindən qərarın ləğv olunmasını xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Daxili İşlər Nazirliyinin X1 çıxarışından görünür ki, Şəxs 14 dekabr 2023-cü il tarixli, EQ 18517421 nömrəli inzibati xəta haqqında qərarla ona təyin olunmuş cərimə və dəbbə pulunu ödəmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, vəsatət təmin edilməklə barəsində qərar çıxarılmış Şəxsona tərtib olunmuş protokol üzrə ödəməli olduğu cəriməni və dəbbə pulunu tam şəkildə ödədiyindən, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Ağstafa Rayon Məhkəməsinin Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(015)-929/2024 saylı saylı qərarının icrasına xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, 01 mart 2016-cı il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 152 və 529.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmasına dair Ağstafa Rayon Məhkəməsinin Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(015)-929/2024 saylı qərarının icrasına xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar