Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-934/2023 28.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa şəhəri R.Əsədov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon Polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa şəhəri 33-cü məhəllədə yaşayan X4 məxsus evin həyətyanı sahəsindən ümumi dəyəri 96 manat olan 10 ədəd ev quşlarını gizli olaraq talamışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Qarahəsənli kəndində yaşayan X2 məxsus evin həyətyanı sahəsindən ümumi dəyəri 80 manat olan 6 ədəd sement torbasını və 1 top dəmir torunu gizli olaraq talamışdır. Eyni zamanda, o, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Yuxarı Göycəli kəndində yaşayan X7 məxsus evin həyətyanı sahəsindən ümumi dəyəri 85 manat olan fındığı gizli olaraq talamışdır. Həmçinin, o, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Xılxına kəndində yaşayan X3 məxsus Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən yarımtikili evindən ümumi dəyəri 50 manat olan 60 metr uzunluğunda elektrik naqilini gizli olaraq talamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 4 ədəd inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 34.2-ci maddəsini rəhbər tutaraq Şəxs müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya eyni vaxtda və bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, maddi vəziyyəti aşağı olduğundan və pula ehtiyacı olduğundan xx.xx.2023-cü il tarixdə Ağstafa şəhəri 33-cü məhəllədə yaşayan X4 məxsus evin həyətyanı sahəsindən ümumi dəyəri 96 manat olan 10 ədəd ev quşlarını, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Qarahəsənli kəndində yaşayan X2 məxsu evin həyətyanı sahəsindən ümumi dəyəri 80 manat olan 6 ədəd sement torbasını və 1 top dəmir torunu, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Yuxarı Göycəli kəndində yaşayan X7 məxsus evin həyətyanı sahəsindən ümumi dəyəri 85 manat olan fındığıxx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Xılxına kəndində yaşayan X3 məxsus Ağstafa şəhəri 33-cü məhəllədə yerləşən yarımtikili evindən ümumi dəyəri 50 manat olan 60 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Lakin, zərərçəkmiş şəxslərə dəymiş ziyanlığı ödəməmişdir. Etdiyi əməllərdən isə peşimandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, o, Ağstafa rayonunun Qarahəsənli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsindən ümumi dəyəri 80 manat olan 6 ədəd sement torbası və 1 top dəmir toru oğurlandığından Polis şöbəsinə müraciət etmiş və onun müraciəti əsasında aparılmış araşdırma zamanı evindən oğurluq edən şəxsin Şəxs olması müəyyən olunmuşdur. Polis şöbəsində izahat verən zaman sonuncunun özü də onun evindən oğurluq etməsini etiraf etmişdir. Ona dəymiş ziyanılıq ödənilməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər X8, X10 və X6 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə müəyyən olunmuşdur görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 26-cı maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi Şəxs müxtəlif vaxtlarda törətdiyi hər bir inzibati xətaya görə hər bir əmlakın mülkiyyətçisinə vurulmuş ziyanın məbləği yüz manatdan aşağı məbləğdə olduğundan onun əməli cinayət tərkibini deyil, xırda talama olmaqla inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və araşdırma aparılması haqqında qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə ona tətbiq olunacaq inzibati tənbeh tədbirinin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətaların xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanlığın ödənilməməsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 114.1.1, 115, 117, 332.1, 332.5 və 346.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X9 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-934/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-934/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver