Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-970/2023 05.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağstafa rayonu, Saloğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonu, Saloğlu kəndində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 03 iyul 2023-cü il tarixində Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra X6 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 2(040)-782/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 22 iyul 2021-ci il tarixdən başlayaraq 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutularaq tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs İcra sənədi üzrə 1459.68 manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, hər ay imkanı çatan qədər borcundan ödəyir. Hal-hazırda heç bir yerdə işləmir. Xəstə olduğu üçün ödənişlərini edə bilmir. O, hal-hazırda borcundan 300 manat ödəniş etmişdir. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, icra sənədi üzrə borclu Şəxs tələbkar X3 1459.68 manat məbləğində aliment borcu vardır, aliment borcunun ödənilməsi barədə onun tərəfindən Şəxs xəbərdarlıq edilib və məhkəmə qərarının icrasının məcburiliyi izah edilib. Lakin Şəxs qanunla müəyyən olunmuş müddətdə aliment borcunu ödəməmiş, çağırışlara gəlməkdən yayınmışdır. Zərər çəkmiş şəxs X5 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan qəbzdən müəyyən olunmuşdur ki, Şəxs X1 hesabına 300 manat məbləğində pul köçürmüşdür. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs 13.000 manat məbləğində pul borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs 13.000 manat məbləğində pul borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(015)-970/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-970/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver