Məhkəmə qərarları › İş №3(015)-975/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-975/2023

09.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-975/2023 09.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X5 katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonu, Kalininkənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağstafa rayonu, Həsənsu kəndinə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 09 sentyabr 2023-cü il tarixində Ağstafa rayon Polis şöbəsi (RPŞ) tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 09 sentyabr 2023-cü il tarixində, saat 09:10 radələrində, İXM-nin 510 maddəsi ilə təqsirli bilinərək Ağstafa Rayon Məhkəməsinin 05 gün müddətinə inzibati qaydada həbs olunmuş Şəxs saxlandığı 5 nömrəli kamerada təmizlik işləri aparılması göstərişi verilmiş, lakin sonuncu “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının 6.5-ci bəndinin tələbinə əməl etməli olduğu halda bunlara əməl etməyib kamerada təmizlik işləri aparmaqdan imtina edərək onun qanuni tələbinə qəsdən tabə olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək, izahatında bildirdi ki, 09 sentyabr 2023-cü il tarixdə saat 09:10 radələrində saxlanıldığım Ağstafa rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində əsəbi olduğum üçün polis əməkdaşının kamerada təmizlik işləri aparmaqla bağlı tələbindən imtina edərək tabe olmamışdır. Əməlimdən peşmandır. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 ifadəsində bildirdi ki, Ağstafa rayon Polis şöbəsinin müvəqqəti saxlama yerinin mühafizə üzrə polis nəfəri vəzifəsində çalışır. 09 sentyabr 2023-cü il tarixdə saat 09:10 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddələri ilə təqsirli bilinərək Ağstafa Rayon Məhkəməsinin 05 gün müddətinə inzibati qaydada həbs olunmuş Şəxs saxlandığı 5 nömrəli kamerada təmizlik işləri aparılması göstərişi verilmiş, lakin sonuncu bunlara əməl etməyib kamerada təmizlik işləri aparmaqdan imtina edərək onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən şahid X1 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(015)-972/2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsili bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs olunaraq həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılması qərara alınmışdır. “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2013-cü il tarixli, Q1-001-13 nömrəli qərarının 6.5-ci bəndinin tələbinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən kameralarda təmizlik işləri, döşəmənin və sanitar qovşağının yuyulması növbətçinin və çıxarıcının nəzarəti altında icra olunmalıdır. İXM-nin 535.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş Şəxs izahatını və şahidlərin ifadəsini dinləyib, inzibati xəta haqqında 09 sentyabr 2023-cü ilil tarixli, MN ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 10 (on) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2023-cü ilil tarixi, saat 12:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar