Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-982/2025 25.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, X2 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29479117 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ29479117 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə materialı nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, X1 qeydiyyat ünvanı Biləsuvar rayonu, Zəhmətabad kəndidir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, X2 Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul edilmiş elektron qaydada tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar elektron olduğundan, həmin qərarlardan verilən şikayətlər şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan hazırki material baxılması üçün aidiyyəti üzrə şikayət vermiş şəxsin yaşayış yeri üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, X1 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29479117 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29479117 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsalova
Məhkəmə qərarları › İş №3(015)-982/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-982/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver