Məhkəmə qərarları › İş №3(015)-993/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-993/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-993/2025 10.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, «X4 Kompeksi» MMC-nin nümayəndəsi X* iştirakı ilə, «X4 Kompeksi» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, məhkəmə Müəyyən etdi: «X4 Kompeksi» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, «X4 Kompeksi» MMC-nə məxsus “Man” yük markalı 05AC0*0 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən “Bakı şəhəri, Heydər Əliyev prospekti 276” istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə xx.xx.2025-ci il tarixində elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün «X4 Kompeksi» MMC-nə sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğusu daxil olan səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən «X4 Kompeksi» MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Ağstafa RPŞ-dən onlara qeyd edilən faktla bağlı heç bir məlumat xarakterli məktub gəlməmişdir. Ona görə də cəmiyyətin barəsində olan hazırki işə xitam verilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialı araşdırıb hesab edir ki, «X4 Kompeksi» MMCnin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və «X4 Kompeksi» MMC inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin *23.*-ci maddəsinə əsasən bu Məcəllənin *22.*-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin *23.3-cü maddəsinə əsasən bu Məcəllənin *23.*-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə «X4 Kompeksi» MMC-nin hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. Belə ki, hazırkı işə baxılması zamanı ümumiyyətlə hüquqi şəxsə bu sorğunun verilməsi öz təsdiqini tapmamış, poçt xəbərnaməsi iş materiallarına əlavə edilməmiş, məktubun çatdırılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və «X4 Kompeksi» MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.*.*-ci və 53.*.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin *05.*-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, «X4 Kompeksi» MMC-nin hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş *4.08.2025-ci il tarixli İXP 73396*0 №-li inzibati protokola əsasən «X4 Kompeksi» MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və «X4 Kompeksi» MMC inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin *8, 53, *05, **4.*.*, **5, **7, **8 və 347-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş *4.08.2025-ci il tarixli İXP 73396*0 №-li inzibati protokola əsasən «X4 Kompeksi» MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və «X4 Kompeksi» MMC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar