Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-994/2025 09.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN 29936799 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİnin 14 avqust 2025-ci il tarixli, EQ 29936799 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında X2 məxsus **-UK-*** dövlət qeydiyyat nişanlı iri qabaritli yük maşınını idarə edir. Həmin yük maşını ilə avtomobilin tutduğu çəkidə əhəng tozu, metal qırıqları, klinker və s. götürərək Qazaxdan Bakı istiqamətinə aparır. Avtomobilin yük yerinə yük vurulandan sonra plomb vurulur və yola çıxır. Bakı şəhərinə gedən istiqamətdə 14 avqust 2025-ci il tarixdə telefonuna mesaj gəlmişdir. Belə ki, “Qeydə alınma yeri M-2, 244,2 km, Ucar rayonu Ucar şəhəri, Bakı istiqamətində cərimə olunmuşdur. Cərimə İXM-nin 353.2- ci maddəsi ilə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında istifadə edilməsi” xətasını etməsi barədə onun telefonuna mesaj gəlmişdir. Qərarın tarixi xx.xx.2025-ci il saat 23:46 radələridir. Bu inzibati tənbeh vermə haqqında elektron qərarla o, 1200 manat cərimə edilmişdir. Guya maşında normadan 2740 kq artıq yük vurulmuşdur. O, həmin gün Qazax rayonundan "xxxx" MMC-nin Daş Salahlı kəndinə yerləşən zavodundan klinker məhsullarını əmtəə nəlqiyyat qaiməsi ilə çıxış edərək, mal maşınına yüklənəndən sonra avtomobilin yükü çəkilmiş (ümumi 39640 kq, bundan da 24960 kq yük=14680 kq avtomobilin tarası), avtomobil çəkildikdən sonra yük yerinə plomb vurulmuş və sənədləşdirildikdən sonra avtomobil yola düşmüşdür. Avtomobildə olan yükü Bakı şəhərində, Novxanıda yerləşən "xxxx" MMC-nə təhvil vermişdir. Təhvil verdikdən sonra plomb açılmış, avtomobil çəkilmiş (39760 kq) və yük sənədlərində göstərildiyi kimi təhvil alınmışdır. Yüklü maşının çəkisi 39760 kq olmuş, limit isə 4000 kq-dır. Bu da onu göstərir ki, o, heç bir inzibati xəta törətməmişdir. Yük avtomobilinə normadan artıq yük vurmamışdır. Bakı istiqamətində Ağstafa rayonunun ərazisində magistral yolda tərəzi mövcuddur və ilk olaraq həmin tərəzidən keçirlər. Həmin tərəzidən keçərkən də avtomobilin ümumi çəkisi norma daxilində olmuşdur. Ucar rayonu ərazisində olan tərəzi isə yükün normadan artıq olmasını çəkmişdir. Həmin hallar araşdırılmalıdır. Bundan başqa malı təhvil verərkən zavodun (Novxanı, "xxxx" MMC) öz elektron tərərizində də çəki normaya uyğun yazılmışdır (39760 kq). Eyni zamanda hər iki şirkətin tərəzisi (həm Arkoz, həm də"xxxx" MMC) sertifikatla təmin edilərək müvafiq şəhadətnamə verilmişdir. Bütün bunlar göstərir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərar düzgün deyil və ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 14 avqust 2025-ci il tarixli EQ 29936799 nömrəli qərardan görünür ki, X4 13 avqust 2025-ci il tarixdə saat 23:46:49-da idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2 yolunun 244.2 km-liyində Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş X3 təqdim etdiyi xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 29936799 nömrəli protokola əlavə edilmiş fotogörüntüdən müşahidə edilir ki, 13 avqust 2025-ci il tarixdə saat 23:46:49-da idarə etdiyi idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı avtomobil M-2 yolunun 244.2 km-liyində Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində elektron tərəzidən keçərkən limit 40000 kq olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42740 kq olmuşdur. İş materiallarında olan X3 təqdim etdiyi qaimənin surətindən görünür ki, X3 idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 avqust 2025-ci il tarixdə saat 19:05-də Qazax rayonundan "xxxx" MMC-nin Daş Salahlı kəndinə yerləşən zavodundan klinker məhsullarını əmtəə nəlqiyyat qaiməsi ilə çıxış edərək, mal maşına yüklənəndən sonra avtomobilin yükü çəkilmiş ümumi 39640 kq, bundan da 24960 kq yük=14680 kq avtomobilin tarası olmuşdur və nəqliyyat vasitəsinin yük yeri plomblanmışdır. İş materiallarında olan X3 təqdim etdiyi fotoşəkilindən görünür ki, nəqliyyat vasitəsinin yük yeri plomblanmışdır. İş materiallarında olan X3 təqdim etdiyi qaimənin surətindən görünür ki, X3 idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 avqust 2025-ci il tarixdə saat 10:56:52-də “X6” tərəzi xidməti tərəfindən ölçülərkən avtomobilin yükü çəkilmiş 39500 kq olmuşdur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, 13 avqust 2025-ci il tarixdə saat 23:46:49-da idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı avtomobil M-2 yolunun 244.2 kmliyində Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində elektron tərəzidən keçərkən limit 40000 kq olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42740 kq olmuşdur. X1 təqdim etdiyi qaimənin və fotoşəkilindən surətindən görünür ki, onun idarə etdiyi “DAF FT XF 105.YÜK” markalı “**-UK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 avqust 2025-ci il tarixdə saat 19:05-də Qazax rayonundan "xxxx" MMC-nin Daş Salahlı kəndinə yerləşən zavodundan klinker məhsullarını əmtəə nəqliyyat qaiməsi ilə çıxış edərək, mal maşınına yüklənəndən sonra avtomobilin yükü çəkilmiş ümumi 39640 kq, bundan da 24960 kq yük=14680 kq avtomobilin tarası olmuşdur və nəqliyyat vasitəsinin yük yeri plomblanmışdır. Bundan sonra həmin nəqliyyat vasitəsi 14 avqust 2025-ci il tarixdə saat 10:56:52-də “X6” tərəzi xidməti tərəfindən ölçülərkən avtomobilin yükü çəkilmiş 39500 kq olmuşdur. Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi isə bu halı araşdırmamış, X3 şikayətində qeyd olunduğu halların, həmçinin məhkəmə tərəfindən yuxarıda qeyd olunan ziddiyyətli halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq həmin hallar araşdırılmamış, bununla da M.Mustafayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitusion hüquqların pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərəfindən qəbul olunmuş X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 29936799 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərəfindən qəbul olunmuş X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 29936799 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-994/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-994/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver