Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-995/2025 01.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şikayət vermiş şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağstafa RPŞ-nın İTB-nin sahəsi rəisi polis kapitanı X3 iştirakı ilə, xx.xx.1975-ci ildə Qazax rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, X5 onun həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə evdə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Yenidən araq, siqaret almaq üçün Nəcibədən pul istədikdə pulunun olmadığını deyərək verməmişdir. Əsəbləşərək ona əli ilə şillə vurmuşdur. Sonra ona əli ilə şillə vurduğunu bildirmişdir. Halhazırda etdiyi əməldən səmimi peşmandır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Evliliyindən 4 uşaqları vardır. Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir. xx.xx.2025-ci il tarixdə o, yenə spirtli içki qəbul edərək evdə mübahisə yaratmış və ona xəsarət yetirmişdir. Bununla bağlı 102 xidmətinə zəng etmiş və Şəxs şikayət etmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, X1 rayonu, Aşağı Kəsəmən kəndində yaşayır. Şəxs xx.xx.2025-ci il tarixdə X2 yaşadığı evdə aralarında olan mübahisə zamanı onu döymüşdür. Həmin hadisədən sonra Nəcibə Batıyeva xx.xx.2025-ci il tarixdə Ağstafa Rayon Polis şöbəsinə müraciət edərək həmin tarixdə əri Şəxs yaşadığı evdə onu döyməsi barədə ərizə vermişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Nəcibə Batıyeva ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekspert rəyində isə onun xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 07 avqust 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və şikayət vermiş şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməldən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarına əlavə olunmuş Ağstafa Rayon Məhkəməsinin 3(015)-850/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən qəti olaraq 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 157-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən saat 15:05-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X7 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-995/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-995/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver