Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-1/2023 06.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağsu şəhəri S.Vurğun küçəsi ev 1/3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Ağsu Rayon Məhkəməs tərəfndən verilmiş 2(016)-19/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4340 manat pulu "xxxx" MMC-nin hesabına ödəməmişdir. Qeyd edilən icra sənədi üzrə borc 4340 manat təşkil edir. Bu barədə Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəsirov Fərid tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci tarixli məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs Şəxs borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və bundan sonra məhkəmə iclası təxirə salınmış, lakin borclu növbəti məhkəmə iclasılarına gəlməməsi səbəbindən barəsində axtarış elan edilərək işin icraatı dayandırılmışdır. Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs Bakı şəhər ərazisində törətdiyi əmələ görə xx.xx.2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Bundan sonra işin icraatı təzələnərək məhkəmə prosesi təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 çıxış edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs borcun ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə xahişi nəzərə alaraq prosesi təxirə salmışdır. Daha sonra borclu təxirə salınmış prosesə gəlmədiyindən məhkəmə borclu barəsində axtarış elan etmişdir. Bildirir ki, Ağsu rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 130-22970-1222 saylı məktubunda bildirilmişdir ki, Şəxs Bakı şəhərində trətdiyi əmələ görə tərəflərindən saxlanılıb Binəqədi RPİ-nin 4-cü Polis bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Ağsu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərurət aradan qalxdığından Şəxs barəsində inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Ağsu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-1/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-1/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver