Məhkəmə qərarları › İş №3(016)-10/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-10/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-10/2024 12.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Yenilik kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Yenilik kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, 2009-cu ildən Kürdəmir regional mühafizə şöbəsində mülki mühafizə vəzifəsində xidmət etmiş, 2022-ci ilin aprel ayında öz arzusu ilə işdən çıxmışdır. Belə ki o, xx.xx.2024cü il tarixdə saat 15:00 radələrində Kürdəmir regional mühafizə şöbəsində Ağsu rayon mühafizə şöbəsinin inzibati binasına girib ordan heç kimə demədən polis əməkdaşlarına aid post cədvəli kitablarını gizli şəkildə götürüb öz evinə apararkən onu Ağsu RPŞ-nin inzibati binasının yaxınlığında PPXB-nin polis əməkdaşları saxlamış və cədvəli hara aparmasını ondan soruşmuşlar. O, cavabında kitabı qəsdən götürdüyünü, aidiyyatı orqanlara verəcəyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Ağsu RPŞnə dəvət etmişlər. O, həmin idarədən post cədvəli kitabını oğurladığı üçün polis şöbəsinə getməməyinə görə küçədə bir qədər ucadan səs-küy salıb ünvansız nalayiq küçə söyüşləri ilə söyməyə başlamış, həmin polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə təxminən saat 15:00 radələrində Ağsu RPŞ-nin PPXB-nin əməkdaşları Kamal Cəfərzadə və Elnur Seyidovla birlikdə polis şöbəsinin yaxınlığında dayanaraq söhbət edirmişlər. Kürdəmir regional mühafizə şöbəsinin sabiq mülki mühafizə vəzifəsində xidmət edən hal-hazırda həmin Şöbədə işləməyən Şəxs Kürdəmir Regional mühafizə şöbəsinin Ağsu rayon mühafizə manqasının inzibati binasından xüsusi möhürlü sənədləri oğurlayıb aparmağını görmüşlər. Buna görə də onlar Şəxs Ağsu RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs aqressiv şəkildə ucadan səs-küy salaraq ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar Şəxs dəvət etsələr də, vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə təxminən saat 15:00 radələrində Ağsu RPŞ-nin PPXB-nin əməkdaşları Kamal Cəfərzadə və Elçin Hacıyevlə birlikdə polis şöbəsinin yaxınlığında dayanaraq söhbət edirmişlər. Kürdəmir regional mühafizə şöbəsinin sabiq mülki mühafizə vəzifəsində xidmət edən hal-hazırda həmin Şöbədə işləməyən Şəxs Kürdəmir Regional mühafizə şöbəsinin Ağsu rayon mühafizə manqasının inzibati binasından xüsusi möhürlü sənədləri oğurlayıb aparmağını görmüşlər. Buna görə də onlar Şəxs Ağsu RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs aqressiv şəkildə ucadan səs-küy salaraq ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar Şəxs dəvət etsələr də, vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 11 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, nalayiq ünvansız ifadələr işlətmiş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadələri, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 11 yanvar 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar