Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-103/2025 21.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Abasxanlı kəndində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bir ilə yaxındır ki, tərəflər arasında torpaqla bağlı mübahisələr gedir, onlar bir-birilərindən şikayət edirlər. xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu səbəbdən, Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs döyməmişdir. Sahədə heyvanları otarmağa getmiş, bu zaman Zərərçəkmiş şəxs və onun həyat yoldaşı da orada olmuşdur. Torpaq sahəsi ilə bağlı aralarında mübahisə olmuş, lakin o, heç kəsi döyməmişdir. Üstünə şər atırlar. Qadın ona qarşı söyüş söymüş, həyat yoldaşı bu səbəbdən qadını vurmuşdur. Qadını nə ilə vurduğunu görməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, həyat yoldaşı, qayınxatnısı və uşağı öz sahələrinə işləmək üçün getmişlər. Sahədən qayıdanda Sahid və qardaşı maşınlarının üstünə çəkiliş edərək gəlmiş və onların oğurluq etdiklərini bildirərək telefonla çəkməyə başlamışlar. Sahid əlində olan çomaqla onun qoluna vurmuşdur. Artıq ikinci dəfədir ki, eyni hərəkəti edirlər. Onlar heç bir yerdən oğurluq etmir, torpaq onların öz sahəsidir, orda nar bağı salmışlar və işləyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, hadisə baş verməmişdən 3 gün əvvəl də onlar sahədən qayıdanda Sahid və atası onların şəklini çəkmişdir. O gün də onlar sahədə işləyən zaman Sahid və qardaşı gəlmiş, onların oğurluq etdiyini bildirərək onları çəkməyə başlamışlar. O, maşından düşməmiş, maşında uşağı sakitləşdirməyə çalışmışdır. Sahid Aynurənin qoluna çomaqla vurmuşdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon X6 Qrupunun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs və Şahid barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Ağsu RPŞ-in X2 göndərilməsi, qərarın surətinin adları qeyd olunan şəxslər arasındakı profilaktiki söhbətlərin artırılması və nəzarətin güləndirilməsi məqsədilə “münaqişəli qonşu” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 92 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol saidin orta 1/3-nin ön səthində qançır küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Abasxanlı kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin və şahidin izahatı, Ağsu rayon X7 Bölməsinin qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-103/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-103/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver