Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-104/2025 03.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonu Cəlayir kəndində qeydiyyatda olan yaşayan Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində rayonun Abasxanlı kənd ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu Rayon Məhkəməsinin 3(016)-104/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarla xx.xx.1988-ci ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olan, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və yaşayan Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə icraat inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayət üzrə çıxarılacaq qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-64/2-8501/2025 saylı məktubundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verməmişdir. Ağsu Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-405/3-068105/2025 saylı məktubundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət etməsi ilə bağlı rayon prokurorluğuna müraciət ünvanlanmamışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, inzibati iş üzrə icraat təzələnərək, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hazırda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Ağsu rayonu Abasxanlı kənd ərazisində qaynatasının 2004-cü ildə aldığı 1 hektar torpaq sahəsində 4 il əvvəl həyat yoldaşı X10 və digər qohumları ilə bərabər nar ağacları əkmişlər. 4 il ərzində həmin ağacları əkib, qulluq edərək, yetişdirmişlər. Keçən ilin oktyabr ayında həmkəndliləri Suliddin və Sahil torpaq sahələrinin yanında torpaq sahəsi alsalar da, nar ağaclarının əkildiyi sahəni özününkü hesab edərək, onları sahədən çıxmalarını tələb etmişlər. Onlar sahənin onlara məxsus olduğunu, ağacları özləri əkdiklərini desələr də, Suliddin və Sahil əl çəkməmiş, əkinçiliyə mane olmuşlar. Hazırda torpaqla bağlı məhkəmədə araşdırma aparılır. 04 aprel 2025-ci il tarixdə səhər saatlarında nar ağacları əkdikləri sahəyə gedib, ağacların dibindən yeni böhrələnmiş çilingləri çıxarıb, yığmağa başlamışlar. Saat 10 radələrində Sahilin oğlanları Samir və Sahid sahəyə gəlib, özləri ilə gətirdikləri 50-60 baş xırdabuynuzlu heyvanlarını nar bağına salmışlar. Onlar heyvanları sahədən çıxartmalarını, heyvanların ağaclara ziyan vurduqlarını bildirmişlər. Lakin, Sahid və qardaşı heyvanları çıxartmayacaqlarını, kimə istəyirlərsə, demələrini bildirmişlər. Təkrar heyvanlarını çıxartmalarını tələb etdikdə, Samir nalayiq ifadələr işlətməyə başlamışdır. Qaynının yoldaşı Aynurə, Samirə iradlarını bildirəndə, Samir və qardaşı Sahid üzərinə gəlmişlər. Həmin vaxt Sahid əlində olan ağac parçası (çomaqla) ilə Aynurənin sol qoluna vurub, döymüşdür. Onlar mübahisə etməyə davam etdiklərindən, o və Nurəli araya girib, onları aralamışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qeyd etdikləri yalandır. O, Samirin boğazından yapışmamış, Samirə əli dəyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, barələrində şikayət edən X2 və X6 onun həmkəndliləridir, ötən il onun dayısı Suliddin Ağsu rayonu Abasxanlı kəndi ərazisində torpaq sahəsi almışdır. Dayısı torpaq sahəsini aldıqdan sonra Nurəli Soltanov və ailə üzvləri həmin sahədə olan nar ağaclarını özlərinin əkdiklərini bildirərək, torpaq sahəsinin də onlara məxsus olduğunu iddia etmişlər. Bu səbəbdən, bir neçə aydır onun atası və dayısı ilə onların arasında torpaq mübahisəsi mövcuddur və dayısı bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. 04 aprel 2025-ci il tarixdə saat 10 radələrində o, qardaşı Şahidlə birlikdə özlərinə məxsus xırdabuynuzlu heyvanları otarmaq məqsədilə dayısı Suliddinə məxsus nar bağına aparmışdır. Bu zaman qardaşı Sahid, Nurəliyə bağdakı ağacları avtomobilə yığıb hara apardıqlarını və bu hərəkətləri niyə özbaşına etdiklərini soruşmuşdur. Bu sualdan sonra Nurəli, onun həyat yoldaşı Aynurə və qardaşının arvadı Ətirə avtomobildən düşərək onların üzərinə hücum etmişlər. Onlara qarşı nalayiq ifadələr işlədərək təhqir etmişlər. Ətirə onun üstünə gələrək boğazından yapışmış, o isə əli ilə onu özündən uzaqlaşdırmışdır. Ardınca Nurəli “102” xidmətinə zəng etmiş, məlumat verdikdən sonra avtomobilinə əyləşərək ərazidən uzaqlaşmışdır. Bir qədər sonra Nurəli və həyat yoldaşı Aynurə piyada geri qayıtmışlar. Qayıtdıqdan sonra Aynurə onlara qarşı vəfat etmiş qohumları barədə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Nurəli əli ilə həyat yoldaşına vuraraq, sakit olmasını və nalayiq ifadələr işlətməməsini bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Aynurə Soltanovanın qeyd etdikləri yalandır. Qardaşı Sahid heç kəsi, o cümlədən Aynurəni çomaqla və ya başqa formada vurmamış, döyməmişdir. Aynurəni öz həyat yoldaşı Nurəli vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 analoji izahat verərək, X2 və X6 onun həmkəndliləridir, ötən il onun dayısı Suliddin Ağsu rayonu Abasxanlı kəndi ərazisində torpaq sahəsi almışdır. Dayısı torpaq sahəsini aldıqdan sonra Nurəli Soltanov və ailə üzvləri həmin sahədə olan nar ağaclarını özlərinin əkdiklərini bildirərək, torpaq sahəsinin də onlara məxsus olduğunu iddia etmişlər. Bu səbəbdən, bir neçə aydır onun atası və dayısı ilə onların arasında torpaq mübahisəsi mövcuddur və dayısı bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. 04 aprel 2025-ci il tarixdə saat 10 radələrində o, qardaşı Şahidlə birlikdə özlərinə məxsus xırdabuynuzlu heyvanları otarmaq məqsədilə dayısı Suliddinə məxsus nar bağına aparmışdır. Bu zaman qardaşı Sahid, Nurəliyə bağdakı ağacları avtomobilə yığıb hara apardıqlarını və bu hərəkətləri niyə özbaşına etdiklərini soruşmuşdur. Bu sualdan sonra Nurəli, onun həyat yoldaşı Aynurə və qardaşının arvadı Ətirə avtomobildən düşərək onların üzərinə hücum etmişlər. Onlara qarşı nalayiq ifadələr işlədərək təhqir etmişlər. Ətirə onun üstünə gələrək boğazından yapışmış, o isə əli ilə onu özündən uzaqlaşdırmışdır. Ardınca Nurəli “102” xidmətinə zəng etmiş, məlumat verdikdən sonra avtomobilinə əyləşərək ərazidən uzaqlaşmışdır. Bir qədər sonra Nurəli və həyat yoldaşı Aynurə piyada geri qayıtmışlar. Qayıtdıqdan sonra Aynurə onlara qarşı vəfat etmiş qohumları barədə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Nurəli əli ilə həyat yoldaşına vuraraq, sakit olmasını və nalayiq ifadələr işlətməməsini bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Aynurə Soltanovanın qeyd etdikləri yalandır. Qardaşı Sahid heç kəsi, o cümlədən Aynurəni çomaqla və ya başqa formada vurmamış, döyməmişdir. Aynurəni öz həyat yoldaşı Nurəli vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, X11 və Şəxs barələrində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - MN seriyalı, ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Ağsu rayonu Abasxanlı kəndində Zərərçəkmiş şəxs döymüş və İXM-nin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 88 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – çağ çənə altı nahiyədə və sol saidin aşağı 1/3-nin yan səthində dərinin epidermis qatının sıyrılmış yaraları küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 89 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1991-ci il təvəllüdlü X7 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2025-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, İnzibati xəta törətmiş Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis şöbəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 88 nömrəli rəyi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatında münasibətdə qeyd edir ki, irəli sürülən dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, özünü məsuliyyətdən yayındırmaq məqsədilə verilmişdir, ona görə nəzərə alınmır. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-104/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-104/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver