Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-106/2024 26.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Qaraqoyunlu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 333-1.1ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.20024-cü il tarixdə, saat 20:05-də «Toyota Camry» minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə İXM-in 333-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.20024-cü il tarixdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman, Şəxs təhükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamışlar. Yaxınlaşan zaman spirtli içki iyi gəldiyi üçün onu polis şöbəsinə dəvət etmiş, yoxlama zamanı ondan şübhələndikləri üçün ekspertizaya göndərmişlər. Ekspertiza zamanı Şəxs qanında narkotik vasitə olması aşkar olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.20024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi «Toyota Camry» minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərkətdə olan zaman onu yol patrul xidmətinin inspektoru saxlamış, yaxınlaşıb özünü təqdim etmiş və sənədləri ondan istəmişlər. Onunla danışan zaman ondan spirtli içki qoxusu gəlməsini bildirmişlər. O, səmimi olaraq spirtli içki qəbul etdiyini etiraf etmişdir. Sonra onu Ağsu RPŞ-nə göndərmişlər. Yoxlama zamanı narkotik vasitənin təsiri altında olduğunu bildirmişlər. O, narkotik vasitəni 2 ay bundan əvvəl istifadə etmişdir. Spirtli içki qəbul etmiş, lakin narkotik vasitə istifadə etməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 333-1.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:05-də «Toyota Camry» minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş halda idarə etməklə, İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilən “İnvitro” X3 tərəfindən verilmiş müayinə sənədindən görünür ki, Şəxs marixuana qəbul edilməsi faktı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə müəyyən olunur ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, şahid ifadəsi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən müəyyən edilməmişdir. Şəxs sərxoş halda olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-106/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-106/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver