Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-108/2024 26.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 334.3, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş halda idarə etdiyi “Vaz 21033” minik markalı avtomaşınla Ağsu şəhəri ərazisində qəza törədərək zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Daha sonra, Şəxs hadisə yerindən yayınmışdır. Daxil olmuş məlumata əsasən Yol Polis Xidməti əməkdaşları maşının arxasınca gedərək onu saxlamış, vətəndaşın spirtli içki içməsini, avtomaşını heç bir sənəd olmadan idarə etdiyini aşkar etmişlər. Bu səbəbdən onu RPŞ-nə gətirmək istəmiş, bu zaman vətəndaş uca səslə söyüş söyməyə başlamış, polisin qanuni tələbinə tabe olmamışdır. Sonra digər polis əməkdaşlarının köməyi ilə onu polis şöbəsinə gətirmişlər. Barəsində İXM-in 334.3, 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, o, hadisəni törətdiyi zaman sərxoş olmuşdur. Heç nə xatırlamır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə də dəymiş ziyanı ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə marketdə imiş. Marketdən çıxanda maşınının əzildiyini görmüşdür. Maşının təmiri üçün 1.500 manat lazımdır. Ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3, 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:19-da “Vaz 21033” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə edərək yol hərəkəti qaydalarını pozmuş, nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. İş materiallarında olan “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 08 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Ağsu şəhəri Rəsulzadə küçəsində ucadan səs-küy salıb ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktına əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:10-da tutulmuşdur. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.3, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 334.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 334.3-cü maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 24 fevral 2024-cü il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-108/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-108/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver