Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-108/2025 23.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağsu rayon Polis Şöbəsinin polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respubliaksının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:: Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 16:00-da Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində Şəxs “Vaz 2107” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyindən, eləcə də həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə olan sərnişinlər X5 və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağsu rayon Polis Şöbəsinin polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 16.00-da Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində Şəxs “Vaz 2107” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyindən, eləcə də həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə olan sərnişinlər X5 və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Protokun təmin edilməsini, şəxs barəsində səhhəti nəzərə alınaraq cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf etmiş, əməlindən səmimi peşmançılıq çəkdiyini, özünün də xəsarət aldığını, zərər çəkmiş şəxslə barışdığını bildirmiş, barəsində yüngül cəza növündə cərimə tərtib edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 17.03.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin DYPB-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokoldan” görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 16.00-da Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində “Vaz 2107” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Beləliklə Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını, özünün xəsarət almasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-108/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-108/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver