Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-109/2023 06.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu Elabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Elabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Elabad kəndində yaşayan anası Xumarın narahat olduğunu eşitmiş, özü Bakı şəhərində olduğu üçün Ağsu rayonuna anası Xumara baş çəkmək üçün gəlmiş, həmin zaman sərxoş olmuş, anasıgilə gəldikdən sonra bir qədər də spirtli içki qəbul etmişdir. Daha sonra bacısı Məlahətlə aralarında mübahisə yaranmış, qardaşı Vüsal da onun tərəfini saxladığı üçün ona acığı tutmuş, o sərxoş olduğu üçün əsəbləşmiş, buna görə də mübahisə etmişdir. Mübahisə zamanı heç kimi təhqir etməsə də əsəbindən ünvansız söyüşlər söymüşdür, hal-hazırda səhvini başa düşür. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə Ağsu rayonu, Elabad kəndində yaşayan anası Xumar xəstələndiyi üçün o və qardaşı Vüsal Ədilov ona baş çəkməyə getmişlər. Həmin zaman qardaşı Şəxs də anasına dəyməyə gəlmiş, lakin o sərxoş olmuşdur. Anasına tibbi yardım etmək üçün evə gələn tibb işçiləri anası Xumarın sakitlikdə qalmasını məsləhət bilmişlər. Tibb işçiləri getdikdən sonra qardaşı Şəxs anasının olduğu otağa gələrək səs küy salmış, onlar Şəxs səs-küyün anasına pis təsir etdiyini bildirdikdə Nəsir onunla mübahisə etməyə başlamış, onlar Nəsiri dəfələrlə nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da o, bundan nəticə çıxarmayıb uca səslə evdə və məhəllədə danışıb nalayiq ünvansız söyüşlər söymüş, ailələrinin və ətrafda yaşayan qonşuların narahatlığına səbəb olmuş, evdə olan əşyaları sındıraraq ailənin büdcəsinə ziyan vurmuşdur. Nəsir evdə olan televizoru götütürüb onlara atmaq istəyərkən televizor düşüb sınmışdır. Bununla neçə dəfədir ki, Nəsir evə sərxoş vəziyyətdə gələrək mübahisələr yaradır. Nəsirin bu hərəkətlərinin qarşısını almaq üçün o, polisə müraciət etmiş, bundan 5 dəqiqə sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Nəsir bu hərəkətləri onun iki azyaşlı övladının yanında edərək onları da qorxutmuşdur. Bu səbəblərdən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 06 fevral 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə küçədə səs-küy salaraq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 05 fevral 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-109/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-109/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver