Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-109/2024 15.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, Ağsu Rayon Məhkəməsinin hakimi Əsgərov Anar Əlifağa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.3-cü və 510, 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağsu Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.3-cü və 510, 535.1-ci maddələri ilə tərtib olunaraq, baxılması üçün 26 fevral 2024-cü il tarixdə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, hesab edirəm ki, Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalarla bağlı onun barəsində 26 fevral 2024-cü il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(016)-108/2024 nömrəli və 3(016)-109/2024 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(016)- 108/2024 nömrəsi saxlanılsın. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-109/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-109/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver