Məhkəmə qərarları › İş №3(016)-11/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-11/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-11/2024 12.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 avqust 2023-cü il tarixdə Ağsu dolaylarında Zərərçəkmiş şəxs məxsus “Toyota prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşına təpiklə vuraraq sağ qabaq qapısını əzmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, Şəxs 29 avqust 2023-cü il tarixdə Ağsu dolaylarında Zərərçəkmiş şəxs məxsus “Toyota prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşına təpiklə vuraraq sağ qabaq qapısını əzmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, özünə məxsus 2007-ci il buraxılış “Prius Xetçbek” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı Şamaxı rayonundan çıxıb Ağsu rayonuna işləri ilə bağlı gəlmişdir. Təxminən saat 11 radələrində işlərini bitirdikdən sonra Ağsu rayonundan çıxaraq yaşadığı Şamaxı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Bakı-Şamaxı yolunun 148-ci km-nin Ağsu rayon ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıdan gələn “Mercedes Benz” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkətdə olduğu zolağa daxil olmuşdur. O, özünü itirmiş və buna görə idarə etdiyi avtomobil ilə əks zolağa çıxmaq istəmişdir. O, əks zolağa çıxan zaman “Mercedes Benz” avtomobilinin sürücüsü də öz yoluna qayıtmış və nəticədə onun avtomobilinin ön hissəsi həmin avtomobilin sol tərəf ön hissəsinə dəymişdir. Hadisə zamanı hər iki avtomobilə maddi ziyanlıqlar dəymişdir. O, həmin vaxt narahatlıq içində olduğu üçün avtomobildən gec düşmüş, bu zaman Mercedes Benz markalı avtomobilin içərisində olan 1 nəfər qadın yerə düşərək avtomobilinə tərəf gəlmiş və nəticədə avtomobilinin qabaq sağ qapısını təpikləməyə başlamışdır. Hadisədən sonra bu barədə polisə məlumat verilmişdir. Ağsu RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və birlikdə hadisə yerinə baxış keçirilmişdir. İdarə etdiyi avtomobil öz adınadır və avtomobili idarə etmək üçün hər bir sənədi vardır. Həmin vaxt avtomobil ilə təxminən saatda 40-50 km sürətlə hərəkət etmişdir. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə əri X1 özünə məxsus idarə etdiyi “Mercedes Benz- C180” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, 2023-cü il təvəllüdlü azyaşlı qızı X2 da, götürüb birlikdə Bakı şəhərindən çıxaraq Şamaxı rayonunda olan ata evinə gəlmişlər. Həmin gün orada qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Şamaxı rayonundan çıxıb Göyçay rayon istiqamətində hərəkət etmişlər. Bakı- Şamaxı-Yevlax yolunun 148-ci km-nin Ağsu rayon ərazisindən keçən hissəsində avtomobil ilə hərəkətdə olarkən dönəcəkdən dönən zaman, qarşıdan gələn “Prius Xetçbek” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkətdə olduqları zolağa daxil olmuş və nəticədə içərisində olduqları avtomobilin ön hissəsindən vurmuşdur. Hadisə zamanı hər iki avtomobilə maddi ziyanlıqlar dəymişdir. Hadisə zamanı onun sifət nahiyyəsi də sol arxa yan şüşəyə dəymiş və müxtəlif dərəcəli xəsarətlər almışdır. Xəsarət aldıqdan sonra şüşə qırıntıları az yaşlı qızının üzərinə tökülməsi səbəbindən o, əsəbi halda yerə düşərək Prius Xetçbek markalı avtomobilin yanına gedərək avtomobilin qabaq sağ qapısını təpikləməyə başlamışdır. Hadisədən sonra bu barədə polisə məlumat verilmişdir. Ağsu RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və birlikdə hadisə yerinə baxış keçirilmişdir. O, isə hadisə zamanı xəsarət aldığı üçün Şamaxı RMX-ya müayinə olunmaq üçün getmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 12 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs 29 avqust 2023-cü il tarixdə Ağsu dolaylarında Zərərçəkmiş şəxs məxsus “Toyota prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşına təpiklə vuraraq vuraraq sağ qabaq qapısını əzmişdir. İş materialına əlavə edilən Ağsu rayon X6 Qrupunun 26 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, sürücü Zərərçəkmiş şəxs barəsində İXM-in 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Ağsu RPŞ-nin DYPB-nə göndərilmiş, qərarın surəti Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Toyota prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön qapısı əzilməklə ona 190 manat ziyan dəymişdir. Göründüyü kimi, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXMin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 190 (bir yüz doxsan) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar