Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-111/2023 07.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixində Ağsu şəhəri, Ş.Ramazanov küçəsində 70 manat dəyərində dəmir dirəkləri oğurlayaraq xırda talan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, fəhləlik edərək dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə axşam yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş, xx.xx.2023-cü il tarixinə keçən gecə evinin yaxınlığında olan tikintidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün saat 00:40 radələrində tikintiyə gedib ordan dəmir dayaqlardan 10 ədədini oğurlayıb aparmışdır. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gəlib onu saxlamış, dəmirləri kimdən alıb apardığını soruşmuşlar. O, dəmirləri heç kimdən almadığını həmin dəmirləri oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Aöğsu RPŞ-nə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində ona məxsus tikinti sahəsi vardır. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində həmin tikintidə nəzarətçi işləyən şəxs zəng edərək orda olan 10 ədəd dəmir dirəyin oğurlandığını bildirmişdir. Bundan sonra o, Ağsu RPŞ-nə yaxınlaşmış, orda bildirmişlər ki, həmin tikintidən oğurluğu Ağsu şəhərində yaşayan Şəxs törətmişdir. Buna görə də o, Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı ona 70 manat ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə edilən “İnzibati xəta haqqında” 07 fevral 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixində Ağsu şəhəri, Ş.Ramazanov küçəsində 70 manat dəyərində dəmir dirəkləri oğurlayaraq xırda talan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-111/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-111/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver