Məhkəmə qərarları › İş №3(016)-111/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-111/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-111/2024 28.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahməməd oğlunun iştirakları ilə xx.xx.1993-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağsu rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan və Ağsu rayonu Qaraməmmədli kəndində yaşayan Şəxs Şahməməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Şahməməd oğlu xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ədilov X4 Aytən Zeynal qızını döyərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hazırda məhkəmədən Şəxs Şahməməd oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs Şahməməd oğlu izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır,onunla ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə ailə qurmuşdur.Birgə nikahdan 2 övladları var.xx.xx.2024-cü il tarixdə saat 09 radələrində yuxudan durub əlüzünü yumuş və Aytənə çay süzməsini bildirsə də, Aytən çıxıb ata evinə getmək istədiyini Qaraməmmədli kəndində yaşamaq istəmədiyini bildirmişdir. O özünə çay süzüb içmişdir. Bundan sonra Aytən çölə çıxmışdır. Həyətdə Aytənin özü özüylə danışdığını eşdərək çölə çıxmış Aytənə yaxınlaşıb ağzından tutub səs-küy salmamasını qonşuların eşidəcəyini bildirirərək boğazından tutub öz otaqlarına aparmışdır. Öz otaqlarında Aytəni boğazından sıxılmış vəziyyətdə itələmişdir. Aytən həmin vaxt taxtın üstünə arxası üstə yıxılmışdır. O, Aytənin bu barədə anasına zəng edib deyəcəyini bildirərək otaqdan çıxmamasını bildirmişdir. Bundan sonra öz istiadəsində olan mobil teleonu ilə qaynanası Təranə Nuriyevaya zəng edib gəlib qızına ağıl verməsini bildirmişdir. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs atasının evinə getmək istəməsi üstündə olmuşdur. Bundan başqa Aytən onun atası və anası ilə də mübahisə etmişdir. Hətta onuda vuraraq başına xəsarət yetirmişdir, lakin ona xəsarət yetirilməsi sənədləşdirilməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı onu döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Bu səbəbdən tərtib olunmuş protokol üzrə onun təqsirli bilinməsini və cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs Şahməməd oğlunun barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - MN seriyalı, ******* nömrəli xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Şahməməd oğlu xx.xx.2024-cü il tarixdə, Ağsu rayonu Qaraməmmədli kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş və İXM-nin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 02 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başının sağ təpə nahiyəsində yumşaq toxumanın bi qədər şişkinliyi,sol göz bucağı nahiyəsində qançır,yuxarı dodağın bir qədər sağ tərəfində selikli qişada əzilmiş yara və boynun ön-arxa səthlərində dərialtı qansızmalar küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixinə uyğun gəlir və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə hesab edir ki, İnzibati xəta törətmiş Şəxs Şahməməd oğlunun İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 02 nömrəli rəyi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Şahməməd oğlu İXM-nin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs Şahməməd oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İnzibati xəta törətmiş Şəxs Şahməməd oğlunun məhkəmə iclasında verdiyi izahatında münasibətdə qeyd edir ki, irəli sürülən dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, özünü məsuliyyətdən yayındırmaq məqsədilə verilmişdir, ona görə nəzərə alınmır. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs Şahməməd oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs Şahməməd oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs Şahməməd oğlu İXM-in 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Şahməməd oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şahməməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar