Məhkəmə qərarları › İş №3(016)-114/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-114/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-114/2023 08.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu rayonu, Maşadqanlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayonu, Aratlı-Curuğlu kəndində qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 08 fevral 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X7 08 fevral 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:20 radələrində özünə məxsus M.Ə.Rəsulzadə küçəsində yerləşən zapças mağazasının qarşısında dayanıb maşın gözləyən zaman tanıdığı Zəka adlı polis əməkdaşı ona yaxınlaşaraq nə üçün mobil telefonla kamera çəkdiyini soruşmuş, o, polis əməkdaşına çəkiliş aparmadığını bildirmişdir. Polis əməkdaşı Zəka ona telefonu göstərməyini, yəni onu çəkməyini göstərməsini bildirmişdir. Sonra o, özünə məxsus Samsung A40 markalı mobil telefonu əsəbləşərək yerə vurub sındırmış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu RPŞ-yə gətirmişlər. O, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:20 radələrində polis baş serjantı X1 qəsəbəsində xidmətdə olarkən bir nəfər vətəndaşın xalça sataraq, qanunsuz küçə ticarəti ilə məşğul olduğunu aşkar etmişlər. Həmin şəxsə yaxınlaşıb hüququ izah edərkən bir nəfər şəxsin kənardan onların xidmətini telefon vasitəsilə çəkdiyini görmüşlər. Ona yaxınlaşaraq hansı səbəblərdən çəkiliş apardığını soruşduqda o, polis əməkdaşlarına kobudluq edərək qanuni tələblərinə tabe olmamış, çəkiliş etdiyi telefonu yerə vurmuşdur. Onlar bir daha həmin şəxslə söhbət apararaq intizama dəvət etdikdə vətəndaş yenədə onlara qarşı kobudluq etmişdir. Bu səbəblərdən həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Məlum olmuşdur ki, həmin şəxslər Şamaxı rayon, Bağırlı kənd sakini X5, digəri isə Ağsu rayon sakini X6r. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X3 İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. X3 əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X3 barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X7 İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada 15 (on beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar