Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-115/2023 14.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Ağsu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon prokurorunun 01 fevral 2023-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - hüquqi şəxsin rəhbəri X1 MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Ağsu rayonu Qaraqoyunlu kənd sakini X3 2022-ci ilin sentyabr ayından Şəxs MMC tərəfindən Ağsu rayonu ərazisində nümayəndə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta əməlini törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Ağsu Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(016)-115/2023 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru X1 tərəfindən şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 3(107)-172/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, “Şəhriyar Təmir Tikinti" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(016)-115/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Ağsu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmət Dağlıq Şirvan Regional şöbəsinə) səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Ağsu rayon prokurorunun 01 fevral 2023-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən Məcəllənin 54-cü maddəsində isə protokol tərtib edilmədən, prokuror tərəfindən inzibati xətanın törədilməsi barədə qərar qəbul oluna biləcək maddələr sırasında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi qeyd edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Fərmanının 5.4-cü bəndində qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 191,2-ci, 192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 - 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1,2-ci, 477-1.1,4-cü, 477-1.1,5-ci, 477-1.2- ci, 477-2.1 -ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baxması müəyyən edilsin. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs hüquqi şəxsi barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmasına səbəb Ağsu rayon prokuroru tərəfindən qəbul edilmiş 01 fevral 2023- cü il tarixli qərar olmuşdur, lakin Ağsu rayon prokurorluğu qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək aidiyyəti üzrə müvafiq orqana (protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsə) göndərməli olduğu halda, bunu etməyərək baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmət Dağlıq Şirvan Regional şöbəsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-115/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-115/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver