Məhkəmə qərarları › İş №3(016)-116/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-116/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-116/2024 29.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Ağsu rayonu, Növcü kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 yanvar 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, 21 yanvar 2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə reyd zamanı Ağsu rayonu, Növcü kəndində xidmətə olarkən Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozduğunu görmüş, onları Ağsu RPŞ-nə gətirmişlər. Onun barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, yaşadığı evdə mərhum babasından qalan tək lüləli 16 çaplı ov tüfəngi vardır. 21 yanvar 2024-cü il tarixdə günorta saatlarında mərhum babasından qalmış ov tüfəngini götürüb ov etmək qərarına gəlmişdir. Buna görə həmin tüfəngi çiyninə qoyub yaşadığı evin kənarında olan sahəyə gəlmişdir. Orada çöl quşlarının olduğunu görmüş, həmin quşları hədəf almış və bir dəfə atəş açaraq həmin quşlardan birini vurmuşdur. Həmin vaxt orada xidmət aparan ekologiyanın əməkdaşı ona yaxınlaşaraq qanunsuz ov etdiyini bildirmişdir. Bundan sonra onu və ov silahını birlikdə Ağsu RPŞnə gətirmişlər. Daha sonra ETSN-in 6 saylı RETSİ-nin əməkdaşları tərəfindən ona inzibati protokol tərtib edilmiş, silah isə müsadirə olunması üçün götürülmüşdür. Əməlindən səmimi peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 29 fevral 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs 21 yanvar 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilən Ağsu rayon X4 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXMin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 kalibirli, Y-52731 nömrəli mülki ov tüfəngi müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 kalibirli, Y-52731 nömrəli mülki ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar