Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-116/2025 14.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Qərarından şikayət verilən orqan X9 Xidmətinin X13 Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından X11 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Əmək Müfəttişliyi Xidmətinin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Ağsu Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X13 Şöbəsi tərəfindən tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X11 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 3.000 manat məbləğində cərimə olunmuşdur. İnzibati icraat qanun pozuntularına yol verilməsilə aparılmış və inzibati xətaya cəlb etmə müddəti keçməsinə baxmayaraq, inzibati cərimə tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati iş üzrə icraata başlanılmış, X13 Şöbəsinin ******* nömrəli, xx.xx.2024 tarixli qərarı ilə o, 3.000 manat cərimə edilmiş, Ağsu Rayon Məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş və araşdırma üçün geri qaytarılmışdır. X13 Şöbəsi müddətin keçməsinə baxmayaraq, yenidən eyni qərarı qəbul etmişdir. Belə ki, 03 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından artıq 9 aylıq bir dövr keçmişdir. Bundan başqa faktiki olaraq onun əməlində inzibati xətanın tərkibi yoxdur. Qeyd olunan inzibati xətanı törətməsi üçün direktoru olduğu "xxxx" MMC fəaliyyət göstərməli və həqiqətən fiziki şəxslərin həmin müəssisədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı sübut olunmalıdır. Lakin "xxxx" MMCnin fəaliyyətini xx.xx.2023-cü il tarixindən dayandırdığı, heç bir fiziki şəxslə əmək münasibətlərində olmadığı və qərarın qəbul olunmasına səbəb olan əsasların mövcud olmadığı nəzərə alınsa, o, məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, hüquqi şəxsin öz fəaliyyətini dayandırmasından 9 ay keçdiyi halda, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərar əsassızdır. X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, iş materiallarından görünür ki, əmək müqaviləsi olmadan işə cəlb olunuduğu iddia edilən şəxs güya xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi işləmişdir. X9 isə xx.xx.2025-ci tarixdə qərar qəbul edib. Göründüyü kimi, 1 ildən artıq müddət keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan X9 Xidmətinin X13 Şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında X9 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə “İnzibati tənbeh vermə haqqında” qəbul edilmiş qərardan X11 tərəfindən verilmiş şikayətin əsassız və qanunsuz olduğundan təmin olunmamasını, həmin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Verilən suala cavab olaraq Şöbənin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 3(016)-468/2024 nömrəli qərarı ilə Şöbənin xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilib, inzibati xəta haqqında iş yenidən baxılması üçün Şöbəyə göndərildikdən sonra mövcud sənədlər əsasında araşdırma aparılaraq, yeni “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən X11 inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat cərimə olunmuşdur. - Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək dayandırılmışdır. - Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə MKSİF arasında heç bir satınalma müqaviləsi bağlanmamış, Laçın rayonunun Sus kəndində tikinti işlərinin həyata keçirilməsində iştirak etməmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktububdan görünür ki, "xxxx" MMC ilə Komitə arasında heç bir satınalma müqaviləsi bağlanmamış, Laçın rayonunun Sus kəndində həyata keçirilmiş tikinti işlərində iştirak etməmişdir. - Məhkəmənin sorğusuna Laçın Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Laçın Rayon İcra Hakimiyyətinin fəaliyyəti işğaldan azad edilmiş Laçın rayonu ərazisində təmin edilmədiyinə görə Laçın rayonunun Sus kəndində aparılan yenidənqurma və tikinti işlərinin hansı şirkətlər tərəfindən həyata keçirilməsi və həmin şirkətdə çalışan əməkdaşlar haqqında Laçın Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. - Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 3(016)-448/2024 nömrəli qərardadından görünür ki, "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə material yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. - Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 3(016)-468/2024 nömrəli qərarından görünür ki, X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından X11 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün qərar X9 Xidmətinin X13 Şöbəsinə göndərilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin 3(107)-59/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 3(016)-468/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən X11 inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat cərimə olunmuşdur. İXM-in 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşdən görünür ki, X9 Xidmətinin X13 Şöbəsinin rəisi X1 Amid İmran oğlu barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərəkən qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək dayandırılmasını nəzərə almamış, həmçinin "xxxx" MMC-nin Laçın rayonunun Sus kəndində tikinti işlərinin həyata keçirilməsində iştirak edib-etməməsi, X6 işğaldan azad olmuş ərazilərdə işləmək üçün icazənin kim tərəfindən alınmasını araşdırmamışdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X11 barəsində olan inzibati işə dair səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 3(016)-468/2024 nömrəli qərarı ilə Şöbənin xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilib, inzibati xəta haqqında iş yenidən baxılması üçün Şöbəyə göndərildikdən sonra hər hansı bir yeni sübut olmadan, mövcud sənədlər əsasında X11 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən, isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X11 İXM-in 198.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə belə, “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilən zaman iş üzrə inzibati tənbeh vermə müddəti də keçmişdir. Belə ki, X9 Xidmətinin X13 Şöbəsinin rəisi X4 tərəfindən X11 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərəkən onun əmək müqaviləsi olmadan xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi işə cəlb olunmasına istinad etmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, İXM-in 198.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta X11 tərəfindən törədilsə belə xx.xx.2024-cü il tarixdən bir ildən artıq müddət keçdiyindən, onun barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilə bilməzdi. İXM-in: 53.1.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X8 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X9 Xidmətinin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-116/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-116/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver