Məhkəmə qərarları › İş №3(016)-117/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-117/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-117/2025 04.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi Ağsu rayon X5 yol polisi bölməsi operatoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X2 iştirakları ilə Ağsu Rayon Polis Şöbəsinin EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarın ləğv edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində mülkiyyətində olan vaz 2107 markalı **-TV-*** dövlət nömrə nişanlı minik avtomobillə Ağsu şəhəri Kapital bank filialının qarşısında hərəkətdə olan zaman yol polisi əməkdaşları onun maşınının şəklini çəkərək 346.4-cü maddəsi ilə ona 80 manat 2 bal cərimə tərtib ediblər. Halbuki o, işıqforun qırmızı işığını gözləməklə hərəkətinə davam etmişdir. Şəkillərdən də göründüyü kimi, işıqfordakı BMW markalı DYP maşını onun hərəkətdə olduğunu və heç vir dayanma, durma kimi qayda pozuntusunun olmadığına əmin olub, yoluna davam etmiş, amma arxadan gələn DYP əməkdaşları onun onlara yol verdiyini görə-görə ona qanundan kənar cərimə tətbiq etmişdirlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətdə göstərilənləri müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Ağsu rayon X5 yol polisi bölməsi operatoru, polis baş serjantı X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, heç bir qanunsuzluğun olmadığını, Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarın ləğv edilməsinə dair qərarın qanunla tərtib edildiyini bildirərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati tənbeh vermə haqqında” EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın çıxarışından görünür ki, X3 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə və 2 bal tətbiq olunmuşdur. - Məhkəmə iclasında CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X3 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixində mülkiyyətində olan vaz 2107 markalı **-TV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 tərəfindən 346.4-cü dayan-durma qaydaları pozulmuşdur. Bu, iş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı və digər sübutlar ilə də təsdiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin məhkəmə iclasında verdiyi izahatla bağlı bildirir ki, onun verdiyi izahatda göstərilənlər məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, “İnzibati xəta haqqında” qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ağsu Rayon Polis Şöbəsinin EQ27562228 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar