Məhkəmə qərarları › İş №3(016)-12/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-12/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-12/2025 10.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 oğlunun iştirakı ilə, xx.xx.1998-ci ildə anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayon Ovculuk kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:04-də Mercedes Benz C200 minik markalı, 99CV228 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Ağsu rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi Mercedes Benz C200 minik markalı, 99CV228 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın üzərinə düşən tül aşkar edilmiş, onun nəqliyyat vasitəsini bundan sonra müvəqqəti duracağa yerləşdirmişlər və həmin əşya sökülərək aktlaşdırılmışdır. Qeyd olunanlara əsasən barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs Ağsu RPŞ-də xx.xx.2025-ci il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Mercedes markalı 99CV228 dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu şəhəri, Vidadi küçəsində toy mərasimi ilə əlaqədar avtomobili bəzədilmiş arxa yük yeri üzərinə qoyulmuş tül örtük avtomobilin arxa dövlət qeydiyyat nişanının üzərini örtərək qeydiyyat nişanının örtülməsində məsuliyyət yaratmışdır. İradla razı deyil, salonun qarşısında çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:04-də Mercedes Benz C200 minik markalı, 99CV228 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Aktdan görünür ki, Mercedes Benz C200 minik markalı, 99CV228 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanca yerləşdirilmişdir. - CD diskə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, Mercedes Benz C200 minik markalı, 99CV228 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın üzərinə tül düşdüyü aşkar edilmişdir. İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 342.9cu maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş avtomobilin dövlət qeydiyyat nişanının üzərinə düşən əşyanı müsadirə edilməklə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş avtomobilin dövlət qeydiyyat nişanının üzərinə düşən əşyanı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar