Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-125/2025 30.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonu, Qaraqoyunlu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, müəllim işləyən, evli, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və Ağsu şəhəri, S.Rzayev küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ucasan səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ağsu RPŞ-nin əməkdaşları Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində xidmətdə olan zaman Vaz-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol nişanlarının tələbini pozduğu üçün həmin nəqliyyat vasitəsini saxlamışlar. Sürücüyə özlərini təqdim edib, etdiyi qayda pozuntusunu izah edib barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Lakin sürücü barəsində tərtib tərtib olunmuş protokol ilə razılaşmayıb, ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmış, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Vaz-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağsu rayonu, Göydəlləkli kəndində yerləşən iş yerinə gedən zaman idarə etdiyi nəqliyyat vasitəsi ilə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində dönmə əməliyyatını düzgün etməyib yol nişanlarının tələbini pozduğu üçün Ağsu RPŞ-nin DYPB-nin inspektorları tərəfindən xidmətdə olan inspektorlar barəsində protokol tərtib olunacağını bildirmiş və barəsində protokol tərtib etmişlər. O, da əsəbi olduğu üçün barəsində tərtib olunmuş protokol ilə razılaşmayıb uca səslə nalayiq ifadələr işlətməyə başlamışıdr. Bir qədər sonra polis əməkdaşları onu sakitləşdirmiş və Ağsu RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 30 aprel 2025-ci il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xırda xuliqanlıq edib, ictimai asayişi pozmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-125/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-125/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver