Məhkəmə qərarları › İş №3(016)-126/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-126/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-126/2025 30.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağsu rayonu anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 41-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı X6 döyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı X6 döyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Belə hadisələr əvvəllər də baş vermişdir və ailə münaqişəli ailə kimi qeyd edilmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs ilə X3 ailəsi münaqişəli ailə kimi qeydiyyatdadır. Hazırda məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, barəsində şikayət edən X8 həyat yoldaşıdır. Onu, döyməmiş, evə gec gəldiyi üçün danlamışdır. Həyat yoldaşı polisə zəng vurarkən qolundan çəkmişdir. Onu şərlədiyi üçün barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi barəsində inzibati xəta haqqında protokol tərib edilmiş Şəxs etdiyi əməldən peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərər çəkmiş şəxslə barışmaq istəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 23 ildir ki, evlidirlər. Hər gün eyni vəziyyətdir. O, sahə tibb bacısı işləyir. Təbliğatı o aparır, siyahının yazılmasını gözləyir. Bu səbəbdən evə gec gəlir və hər gün döyülür. Şəxs daim spirtli içki içir. Dəfələrlə Şəxs spirtli içki içdiyi üçün gizlənmişdir. Evə gələndə görmüşdür ki, Şəxs onu yolda əlində daşla gözləyir ki, onu vursun. Hər gün içkili olur. Barışmaq istəmir. Bu səbəbdən, onun barəsində həbs mövündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları evdə həyat yoldaşı X6 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Ağsu rayon X9 Qrupunun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji X7 rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 94 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər: Başın sol təpə nahiyəsində yumşaq toxmanın şişkinliyi küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis şöbəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Ağsu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 94 saylı ekspert rəyi, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin: 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, zərər çəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar