Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-128/2025 16.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Ağsu Rayon Yol patrul xidmətinin inspektoru, baş serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X3 iştirakları ilə, Ağsu Rayon Polis Şöbəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarın ləğv edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində mülkiyyətində olan MERSEDES BENZ E200 minik markalı ** XD *** dövlət nömrə nişanlı avtomobillə Ağsu şəhəri mərkəsində -dördyol ayrıcı yaxınlığında yerləşən NİKOİL yanacaq doldurma mərkəzindən çıxıb X6 küçəsinə keçib sola dönərək həmin küçə ilə Ağsu rayon mərkəzi xəstəxanasına gedərkən Ağsu rayon Polis Şöbəsinin yanında arxadan gələn Yol Polisi avtomobilində olan polis əməkdaşı -üzdən adını bildiyi Mustafa onu saxladıb bildirdi ki, yol polisi bölməsinin rəisi şəxsi avtomobilində onu yol ayrıcında yol -hərəkəti qaydasını pozduğunu görüb və göstəriş verib ki, onu maşını ila birlikdə şöbənin həyətinə aparılıb salınsın. O da məcbur olub onun dediyinə əməl etmişdir. Yəni avtomobilini polis şöbəsinin həyətindəki duracağa aparmışdır. Özü isə adını sonradan bildiyi Kərimov Ziyanın kabinetinə çağrılmışdır. Orada o, Mustafanın dediyini ona bildirmişdir. O isə etiraz etmişdir ki, o heç bir yol-hərəkəti qaydasını pozmamış,orada və ya digər yerdə qaydalara tam riayət etmişdir. Pozmuşsa da bunu təsdiq edən sənəd, fotoşəkil, video və s. təqdim edilməsini, sonra cəzalandırmasını bildirmişdir. O, yol-hərəkəti haqqında Qanunun tələblərini pozmadığı halda avtomobili duracağa salınmışdır. Lakin onlar heç bir sənətsübut təqdim etməmişdirlər. Onunla təxminən 1 saatdan atıq vaxt ərzində çək-çövr etmişdirlər, işdən gecikdirdilər. İstədiklərinə nail ola bilməmişdirlər və sonra barəsində İXMnin 327.2-ci maddəsi ilə TR ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar tərtib etmişdirlər. O isə etiraz edib qərarı imzalamaqdan imtina etmişdir. Barəsində tərtib edilmiş qərarı əsassıs və qanunsuz hesab edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətdə göstərilənləri müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Ağsu Rayon Yol patrul xidmətinin inspektoru, baş serjantı X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, X4 yolayrıcını keçmə qaydalarını pozmuş, Stop işarəsini gözləmədən hərəkətə başlamışdır. Bu səbəbdən o saxlanılmış, qeyd edilən pozuntunu ona bildirdikdən sonra qanunveriliyin tələblərinə əməl edilib, zəruri tədbirlər görülmüş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar tərtib edilmişdir. Lakin etirazını bildiriyi üçün şöbəyə yaxınlaşıb şikayət edə biləcəyi izah edilmişdir. Bundan sonra şöbəyə yaxınlaşaraq qəbula girmək istəmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər əsassızdır və şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə olunmuşdur. - Məhkəmə iclasında CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə MERSEDES BENZ E200 minik markalı ** XD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən 327.2-ci yolayrıcını keçmə qaydalarının pozulmuşdur. Bu, iş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı və digər sübutlar ilə də təsdiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin məhkəmə iclasında verdiyi izahatla bağlı bildirir ki, onun verdiyi izahatda göstərilənlər məhkəmə araşdırması zamanı hər-hansı sübutlarla təsdiq olunmur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, “İnzibati xəta haqqında” qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ağsu Rayon Polis Şöbəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-128/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-128/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver