Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-129/2025 05.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26913522 saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26913522 saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən istifadəsində olan “NİSSAN SUNNY” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində dayanma və ya durma qaydalarının pozulması əsas gətirilərək İXM-nin 346.2-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və buna dair xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunan qərardan narazıdır. Belə ki, qeyd olunan həmin ərazidə hər-hansı dayanma durmanı qadağan edən işarənin, əlavə olaraq avtobus işarəsinin, həmçinin avtobus duracağının olmasına dair nişanların və bunlara dair həmin ərazidə hər-hansı bir qeydlər olmamışdır. Qeyd olunanlara baxmayaraq, BDYPİ əməkdaşları tərəfindən əsassız olaraq ona protokol tərtib edilmişdir. Qərardan şikayət verən şəxs X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26913522 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclaında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26913522 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 İXMin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin xx.xx.2025-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, yollarda nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması Agentliyin səlahiyyətlərinə daxildir. Lakin Ağsu şəhərinin küçə və prospektlərində Agentlik tərəfindən nişanlanma xətlərinin çəkilməsi ilə əlaqədar işlər aparılmamışdır. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yollarda nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətlərinə daxildir. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Ağsu şəhərinin küçə və prospektlərində nişanlanma xətlərinin çəkilməsi ilə əlaqədar işlər aparılmamışdır. Belə olan halda, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində aparılmış 5.12, 5.13 yol nişanlanma xətlərinin buna səlahiyyəti çatan orqan tərəfindən və qanunauyğun şəkildə aparılması şübhə doğurur. Odur ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26913522 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən, bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26913522 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-129/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-129/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver