Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-13/2024 31.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağsu rayonu, Ağabəyli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:07-də “Vaz 21074” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, İntiqam Qarayev qohumudur, ona məxsus “Vaz 21074” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə əmisi nəvəsinin toy məclisi keçirilmişdir. Buna görə Sumqayıt şəhərindən toyda iştirak etmək üçün Ağsu rayonu Ağabəyli kəndinə gəlmişdir. Saat 19:20 radələrində ona bildirmişlər ki, duz almaq lazımdır, bunun üçün mağazaya gedib duz almaq qərarına gəlmişdir. Toy keçirilən evin həyətinə çıxanda görmüşdür ki, İntiqamın maşını ordadır, avtomobilin açarları isə üzərindədir. Əvvəllər onun maşınını bir neçə dəfə sürdüyü üçün, həm də İntiqamın da başının qarışıq olduğu üçün ona demədən avtomobili minib duz almağa getmişdir. Yolda dayısı oğlu Yusifi görmüş, avtomobili onun yanında saxlayıb hara getdiyini soruşmuş, Yusif ona mağazadan siqaret alıb toya gedəcəyini bildirmişdir. Ona maşına əyləşməsini, mağazaya getdiyini, onu da özü ilə apara biləcəyini bildirmişdir. Yusif avtomobildə əyləşmiş və yola davam etmişdir. Kəndlərində yerləşən məscidin yanında idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq sol tərəfdə məscidin qarşısında dayanmış “Toyota Prado” markalı avtomobilə dəymişdir. Həmin vaxt o və yanında olan dayısı oğlu Yusif xəsarət almışlar. Ora çağırılmış təcili tibbi yardım avtomobili ilə onları Ağsu RMX-na aparmışlar. Avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu Rayon Polis X1 xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:40-da “Vaz 21074” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi, özünün etirafı, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-13/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-13/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver