Məhkəmə qərarları › İş №3(016)-130/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-130/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-130/2025 21.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi xx.xx.2025-ci il tarixli, 3-44-1/2-2-2849/25 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-nin 529.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 izahatında göstərdi ki, Agentlik tərəfindən araşdırma aparılmış və Şəxs 4.000 manat məbləğində cərimə edilmişdir. Lakin ona xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cəriməni ödəməkdən yayınır. Bu səbəbdən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında təmsil olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin izahatı, 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlə idxal olunan mal partiyası barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 60/FN nömrəli qərarı icra etməməsinə görə İXM-in 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4.000 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən “X4” MMC-nin direktoru Şəxs ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-44-1/2-2-2849/25 nömrəli məktubdan görünür ki, onun regional bölməyə edilmiş müraciəti əsasında ölkəyə idxal olunan qida məhsul partiyalarına regional bölmə tərəfindən qəbul olunmuş qərarların icra vəziyyəti ilə bağlı aparılmış nəzarət tədbirləri zamanı aşkar olunan nöqsanlar əsasında barəsində inzibati cərimə qərarı qəbul edilmişdir. Lakin qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli cərimə qərarının icrası bu günədək təmin edilməmişdir. Qeyd edilmişdir ki, qərarların surəti xx.xx.2025-ci il tarixədək icra olunması məqsədilə yenidən göndərilir və nəticəsi barədə Agentliyin Bakı regional bölməsinə məlumat verməsi xahiş olunur. Qeyd olunan müddətdə sözügedən qərarın icrası təmin olunmadığı təqdirdə İXM-in 529.1-1-ci maddəsinə əsasən işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. - 18 aprel 2025-ci il tarixdə “X4” MMC-nin direktoru Şəxs ünvanlanan məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən aparılmış nəzarət tədbirləri zamanı aşkarlanan inzibati xəta faktları əsasında barəsində ümumi məbləği 4.000 manat olmaqla xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimə qərarı qəbul edilmişdir. Ona ödənişin xx.xx.2025-ci il tarixədək icra olunması, əks halda İXM-in 529.1-1-ci maddəsini əsas tutaraq işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəmə orqanına göndərilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-44-1/2-2-2849/25 nömrəli məktub ünvanlansa da dövlət nəfinə könüllü olaraq ödəniş edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İXM-in 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin məcəllənin 100.1-ci və 100.2-ci maddələrinin tələbləri nəzərə alınaraq xx.xx.2025-ci il tarixdə, saat 10:30-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlməsinin zəruri olması bildirilmişdir. - 29 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən “X4” MMC-nin vəzifəli şəxsi Şəxs barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli MN0010161 nömrəli inzibati cərimə qərarın qəbul olunmuş, cərimə məbləği dövlət nəfinə ödənilməmiş, nəticədə o, İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göründüyü kimi, vəzifəli şəxs Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın icrası ilə əlaqədar hər hansı tədbir görülməmişdir. İXM-in 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və vəzifəli şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar