Məhkəmə qərarları › İş №3(016)-132/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-132/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-132/2025 07.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, işsiz, evli, Ağsu şəhəri, A.Osmanov küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ 21074” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu-Bico yolunun 02-ci km-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən maşını keçmək istəyərkən “Vaz 2106” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Ağsu-Bico yolunun 02-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi ilə əlaqədar məlumat daxil olmuşdur. O hadisə yerinə getmiş, məlum olmuşdur ki, Şəxs idarə etdiyi maşınla digər avtomobilin qarşısına çıxmış, nəticədə qəza baş vermiş, və sürücü hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, taksi sürücüsüdür. Kəndə müştəri aparırmış, yolda benzin azalmış, geri qayıdıb benzin doldurmaq istəyəndə maşını vurmuşdur. O, hadisə yerinə çox adam gəldiyini görmüş, bu səbəbdən oradan uzaqlaşmışdır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə qaynatası X3 məxsus “Vaz 2106” markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Bico yolunun 02-ci kilometrliyində hərəkətdə imiş. Əks istiqamətdə yolun solunda dayanmış “Vaz 21074” markalı, **- FA-*** qeydiyyat nişanlı avtomobil geriyə dönüş manevri edərkən qarşısına çıxmış, avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı tək imiş, heç bir xəsarət almamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 07 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da idarə etdiyi “Vaz 21074” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu-Bico yolunun 02-ci kilometrliyində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün “Vaz 2106” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından görünür ki, “Vaz 21074” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2106” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı maşına ziyan dəymişdir. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar