Məhkəmə qərarları › İş №3(016)-135/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-135/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-135/2025 13.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs Əlipaşa oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ağsu rayonu, Qaraqoyunlu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ucasan səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Ağsu rayon İcra Haimiyyəti başçısının X4 ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs Əlipaşa oğlu ərziə ilə Ağsu rayon Polis şöbəsinə müraciət etmiş, ərizə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə səhər saat 10:30 radələrində Hacıyev X1 inzibati binasında və küçədə vətəndaşların arasında Zərərçəkmiş şəxs Əlipaşa oğlunu nalayiq ifadələrlə söyərək şərəf və ləyaqətini alçaltmışdır. Bu səbəbdən, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Ağsu rayon İcra Hakimiyyəti başçısının X4 ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs Əlipaşa oğlunun xidməti iş otağına getmiş, uşaqları işsiz olduğu üçün onların işlə təmin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ona halhazırda iş olmadığını, iş olanda ona xəbər edəcəyini bildirmiş, o da əsəbləşərək səsini qaldırmış və sözlə mübahisə etmişdir. Mübahisə zamanı o, heç kəsi təhqir etməmiş, nalayiq ifadə işlətməmişdir. Səsini qaldırmışdır, bu səbəbdən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əlipaşa oğlu ifadə verərək göstərdi ki, Ağsu rayon İcra Hakimiyyəti başçısının X4 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, Nümayəndəliyin tərkibində 4 kənd var. xx.xx.2025-ci il tarixdə rayon rəhbərliyi və digər orqan rəhbərləri vətəndaşlarla səyyar görüşə gəlməli idi. O, xidməti iş otağında olmuş, vətəndaşları səyyar görüşə çağırmışdır. Bu zaman Şəxs oğlu otağa daxil olmuş, kənddə yaşaması və qeydiyyatda olması ilə bağlı arayış istəmişdir. Onlar oğlanın adını sistemə vurmuş, oğlanın qeydiyyat ünvanı ünvan 1bəbdən onlar həmin oğlana arayış verə bilməyəcəyini, qeydiyyatda olduğu yer üzrə icra nümayəndəliyinə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra Şəxs xidməti iş otağına gələrək onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Daha sonra bacısı, həyat yoldaşı gələrək onu aparmışlar. İnzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs oğlu Nümayəndəliyə gəlmiş, arayış istəmişdir, lakin o, Qaraqoyunlu kəndində qeydiyyatda olmadığına və yaşamadığına görə ona arayış vermək mümkün olmamışdır. Oğlan getmiş, sonra atası Şəxs Azad müəllimin xidməti otağına gələrək onu hədələməyə, nalayiq küçə söyüşlər ilə söyməyə başlamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 13 may 2025-ci il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu rayon Qaraqoyunlu Kənd İcra nümayəndəsi Zərərçəkmiş şəxs təhqir edərək ictimai qaydanı pozmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar